İnsanın xarakteri 1 gündə formalaşmadığı üçün 1 gündə də dəyişməz.
İnsanın dəyişimi üçün mərhələli inkişaf prosesi lazımdır və hər insan da bu prosesdən keçməyə könüllü olmaya bilər.
İndi biz bunu biləcəyik və gözləntilərimizi də buna uyğun quracağıq ki, sonradan illüziyamız dağılanda qəlbimiz qırılmasın.
Əgər biz şəxsi inkişafımızı ən başından bu illüziya ilə edirdiksə, yəni “mən dəyişərək başqalarını da dəyişəcəyəm” düşüncəsi ilə irəliləyirdiksə, o zaman buraya da baxmaq lazımdır:
“Mənim bu nəzarət ehtiyacımın arxasında nə var?”
Qeyd: Hər zaman dediyim kimi, buralara özümüzü daha yaxından görmək üçün baxırıq, qınamaq üçün yox. 🤍
Jala Maliki
Xidmət biznesini qurmaq və böyütmək istəyən mütəxəssislərlə işləyirəm.
Əvvəl sahibkar kimliyini, sonra biznes sistemini birlikdə qururuq. Xidmətlər 👇🏻
Hiss edirsən ki, daha çox potensialın var, amma sanki nəsə səni saxlayır?
→ Hədəfin var, amma ya tıxanmış hiss edirsən, ya da növbəti addımı necə atacağını bilmirsən.
→ Sanki hər şeyi edirsən, amma nəticə gəlmir. Özünü ifadə etməkdə çətinlik çəkirsən, ya da səsini eşitmirsən.
→ Bu hiss sənə tanışdırsa — səbəb çox vaxt xaricdə deyil. Daxildədir. Mən nə edirəm? Səninlə birlikdə bu daxili səssiz mane
Məsələ yetərsizliyə qalib gəlmək deyil, ona yer aça bilməkdir.
Beləliklə, insan “yetərincə yaxşı” olma vəziyyətinə keçməyə başlayır. Daha sonra isə biznesdə — fərqi yoxdur, sahibkarsan, yoxsa peşəkar mütəxəssis — xidmət yaratmaq, xidməti təqdim etmək və bazarı hiss etmək daha asan olur.
Unutmayaq ki, biznes və ya peşəkar karyera qurmaq insanın kimliyindən başlayır.
Performansının arxasında duran sistemi yaxşılaşdırmadan nəticəyə təsir etmək mümkün deyil.
✨Mən də məhz bu kimlik sisteminin inkişafı və gücləndirilməsi üçün fərdi seanslar keçirirəm.✨
03/08/2026
Rəylərə “TG” yazaraq podcastın linkini əldə edə bilərsiniz. ✨
Qorxunun heç bir halda əcələ faydası olmur. Qorxu bizə sadəcə riski idarə etmək və daha ehtiyatlı davranmaq üçün yol göstərən bir duyğudur.
Ola bilər ki, riski görürük, amma onu necə idarə edəcəyimizi bilmirik. Çünki bu mövzu ilə bağlı təcrübəmiz yoxdur və ya girişmək istədiyimiz sahə bizim üçün yenidir.
Belə hallarda təcrübəli bir şəxsdən dəstək almaq kifayət edir.
Yoxsa riski görəndə qorxub geriyə çəkilmək və bunu “Yerində otur, bu sənlik deyil!” mesajı kimi qəbul etmək yox.
Diqqət eqoda olduqda insanın yaratmaq məqsədi özünün önəmli hiss etməsi olur. Gəlin razılaşaq ki, müştərilərin bizi önəmli hiss etdirmək kimi bir borcu da yoxdur.
Özünü önəmli hiss etmək üçün daxili sistemi özün yaratmalısan . Bununla bağlı peşəkar dəstək üçün DM-ə ‘DƏYƏR’ yaz səninlə detallı məlumatı paylaşaq.
03/07/2026
İnformasiya bizim sürətli şəkildə istehlak edə biləcəyimiz bir şey deyil. Əgər bunu etməyə çalışırıqsa, əslində yalnız özümüzü aldadırıq.
Sürətlə inkişaf edən bir çox sistemə baxın — onların əksəriyyəti dayazdır. Məhz bu dayazlıq da ilk çətinlikdə dağılır.
Bu səbəbdən insanın ən başda özünüdərk mövzularında dərinləşə bilməsi lazımdır. Daha sonra isə maraq göstərdiyi sahələrdə dərinləşərək gerçək fayda ortaya qoya bilər.
Mən bir şəxsi inkişaf mütəxəssisi olaraq sizə “fast food” üslubunda inkişaf təklif etmirəm.
Uzunmüddətli şəkildə məmnun qalacağınız yol üçün qərar verdikdə, yazın, başlayaq.
20/06/2026
Keçmiş bir HR olaraq , bu şirkətin həm maaş sistemini, həm maddi/qeyri-maddi motivasiya sistemlərini çox bəyənirəm.
Gələcəkdə belə bir şirkət sahibi olmağı , manifestləyirəm.
Minlərlə insanın sevgi ilə , həvəs ilə çalışdığı bir şirkətin sahibi olmaq möhtəşəm bir hiss olmalıdır 😍
Mən buna oyadıcı qırılma deyirəm. İllüziya balonunun içindən çıxıb həqiqətlə təmas qurduğun an.
Bu tip qırılmaları şüurlu şəkildə idarə etmək vacibdir. Doğru istiqamətləndirmə ilə belə anlar insanın inkişafı, daxili gücünü yenidən qurması və potensialına daha da yaxınlaşması üçün güclü resursa çevrilə bilər.
İdarə olunmayan qırılmalar isə əksinə, həyata qarşı qəzəb, kin və küskünlük yarada, zamanla insanı tükəndirə bilər.
Mənim uşaqlığımın daha neçə arzusu həyata keçib mən sayını unuduram daha . Bu manifest filan da , deyil. İndi qısaca prosesi izah edirəm.
Qayda belədir ki, balaca uşağın arzularını validryni onun üçün reallaşdıra bilir . Əvvəl necə idi? Sən bir oyuncaq istəyərdin ana ya ata qərar verərdi - alır ya almır .
Zaman keçir böyüyürsən. Amma içindəki uşaq orada qalır və istəməyə davam edir . Ən çox da , uşaqkən ala bilmədiklərini .
Burada əsas 1 resurs var ki, onu daxilində yaratmamısansa , dərin boşluğa və ilişib qalmışlığa düşürsən. Bu resurs sənin daxilindəki ‘Yetkin Valideyn’ dir . O hamıda göydən düşmə olmur gərək onu qurasan. Bu daxili valideynin funksiyaları belədir :
- Məsuliyyət alır
- Hərəkətə keçir
- Qərar verir
- Davamlılığı təmin edir
- Sistem qurur
- Münasibətləri qurur , idarə edir
- Daxili uşağın duyğularını regulə edir və.s .
Arzuları reallaşdıran onun bu və bunun kimi funksiyalarıdır. Əgər sən yuxarıda saydığım funksiyaların boşluğundan əziyyət çəkirsənsə bil ki, məsələ sənin bacarıqsızlığın ya şanssızlığın yox məhz daxili valideyn arxetipini qurmamağındır .
Bu arxetipi qurmaq üçün ayda minimum 4 olmaqla, davamlı ( ən az 6 ay) şəxsi inkişaf seanslarıma başlamağı sənə tam cəsarətlə təklif edirəm. Prosesin necə işlədiyini görmək üçün isə ilk 1 strateji seansını indi rezerv edə bilərsən.
Yalnız ilk kiçik addımı atmaq cəsarətini göstərən insanlarla işləyirəm.
Kliknij tutaj, aby odebrać Sponsorowane Ogłoszenie.
Lokalizacja
Kategoria
Strona Internetowa
Adres
Klimeckiego
Kraków
30-705