Zirvə İdman Klubu

Zirvə İdman Klubu

Share

Zirvə Ağır Atletika İdman Klubu

24/12/2022

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, CƏNAB PREZİDENT!

Photos from Zirvə İdman Klubu's post 07/12/2022

Cüdoçularımızın növbəti uğuru!
2-4 dekabr tarixlərində Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışa 68 klub, cəmiyyət və idman təşkilatından 363 (285 kişi, 78 qadın) cüdoçu qatılıb.
Həmişəki kimi çempionata “Zirvə” cüdoçuları da qatılıblar. Təcrübəli və tanınmış mütəxəssislər Elməddin və Hətəm Əhmədovların rəhbərliyi altında idmançılarımız uğurlu çıxışla yadda qalıblar.
Qadınlar arasında 57 kq çəki dərəcəsində çıxış edən Nuray Quliyeva bürünc medala qazanmağı bacarıb. 70 kq çəki dərəcəsində isə Günel Həsənli fərqlənib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb!
Cüdoçu qızlarımızın bu gözəl qələbələrində əməyi olan hər kəsə təşəkkür və təbrik edirik!
“Zirvə”nin səsi həmişə zirvələrdən gəlsin!

15/09/2022

“Zirvə” sizi gözləyir!

Özünə güvənən, böyük karyera qurmaq istəyən idman mütəxəssislərinin nəzərinə!

“Zirvə” Beynəlxalq İdman Klubları 2022/23-cü tədris ili üçün idmanın karate (bütün növləri) və güləş (sərbəst və klassik) növləri üçün məşqçi-müəllimlərin işə (yalnız səhər məşqləri üçün) qəbulunu elan edir. Bu şansdan yararlanmağa tələsin!

Azərbaycan yüzlərlə çempion, beynəlxalq yarışların qalib və mükafatçılarını yetişdirmiş, çox sayda ölkədə filialı və nümayəndəlikləri olan bir klubda işləmək imkanını qaçırmayın.

Vaxt itirmədən müraciət edin!

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi, “Zirvə” Uşaq-İdman Akademiyası.

Telefon: (050) 632-58-85

31/08/2022
Photos from Zirvə İdman Klubu's post 22/08/2022

Günel Həsənli İslam Oyunlarının bürünc mükafatçısı oldu!

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdo millisi bürünc medal qazanıb.

Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstana 3:1 qalib gəlib.

Yığmanın üzvləri arasında 70 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də olub. Təcrübəli mütəxəssislər Hətəm və Elməddin Əhmədovların tələbəsi olan "Abşeron-Zirvə" təmsilçisinin bu böyük uğuru bizi sevindirir. Güneli qələbə münasibətilə təbrik edir, səsinin daima zirvələrdən gəlməsini arzulayırıq!

08/08/2022

Övladlarınızı kikboksinqə yazdırmağa tələsin!

Kikboksinq dərsləri artıq “Zirvə” klubunda!

Dünyanın ən populyar idman növlərindən biri, əsl döyüşçü kimi yetişmək üçün ən yaxşılardan sayılan kikboksinq üzrə məşqlər artıq “Zirvə” Beynəlxalq İdman Klublarında da keçiləcək. Təcrübəli mütəxəssis Ruslan Məmmədovun rəhbərliyi altında övladlarınız bu idmanın sirlərinə yiyələnəcək, möhkəm idarə, sağlam bədən, döyüşçü ruhuna malik ola biləcəklər. Bu şansı qaçırmayın!

Saat 10:00-dan 11:30-a qədər məşqlərə qatılmağa tələsin!

Əlaqə telefonu: (077) 513-83-72

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi. Zirvə Uşaq-İdman Kompleksi.

Photos from Zirvə İdman Klubu's post 27/07/2022

"Zirvə"çi Murad Əliyev Olimpiya Festivalında gümüş medal qazandı!

Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçirilir. Yarışda Azərbaycan cüdo yığmasının üzvləri də iştirak edirlər. Onların arasında təcrübəli mütəxəssislər Elməddin və Hətəm Əhmədovların yetirməsi, "Abşeron-Zirvə" təmsilçisi Murad Əliyev də olub. O gözəl çıxışıyla yadda qalıb.

Cüdoçumuz 60 kq çəki dərəcəsində mübarizə aparıb. Murad yalnız finalda məğlub olaraq festivalın gümüş medalına sahib çıxıb.

İdmançımızı təbrik edir, səsinin daima zirvələrdən gəlməsini arzulayırıq!

Photos from Zirvə İdman Klubu's post 06/07/2022

Taekvondoçularımızdan inamlı qələbə

26-28 iyun tarixlərində Lənkəran şəhərində Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş taekvondo üzrə açıq şəhər birinciliyi keçirilib. Ən güclü klubların dəvət aldığı və mükəmməl təşkilatçılığı ilə seçilən yarışda “Zirvə” də 12 nəfərlik heyətlə iştirak edib. Təmsilçilərimiz yarışı 8 medalla başa vurublar.
Baş məşqçi Nəriman Rzazadə və köməkçi-məşqçi Şamxal Əsədovun rəhbərliyi altında idmançılarımızdan Əliyeva Gülsüm öz çempion titulunu qoruyaraq bu yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Yalnız final görüşündə məğlub olan Əliyev Mərdan, Daşdəmirli Nihad, Rəcəbli Akif və Əliyeva İsmət gümüş medala sahib çıxıblar. Sadıqov Əziz, Zeynallı Ayətül və Rzayev Cəfər isə yarışı bürünc medalla başa vurublar.

“Zirvə” taekvondoçularını yarışda 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmaları münasibətilə təbrik edirik!

Photos from Zirvə İdman Klubu's post 29/06/2022

Güləşçilərimizdən növbəti uğur: Çempion kəməri qazandıq!

26 iyun tarixində Abşeron Olimpiya-İdman Kompleksinin yarış zalında sərbət güləş üzrə U-15 yeniyetmələr arasında Şuşa ilinə həsr olunmuş “Şuşa - 270” adlı “Çempion” kəməri uğrunda beynəlxalq açıq turnir keçirilib. Ölkənin ən güclü klublarında 350-dən çox idmançının iştirak etdiyi yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu turnirdə baş məşqçi Elvin Aslanovun rəhbərliyi altında “Zirvə” güləşçiləri də qüvvələrini sınayıblar. Həmişə olduğu kimi, təmsilçilərimiz uğurlu çıxışla yadda qalıb.

23 kq çəki dərəcəsində İslam Kaltayev, 35 kq-da Fərid Məlikli və 85 kq-da Əbdürrəhim Ramazanov bürünc medal qazanıb. 85 kq çəki dərəcəsində daha bir təmsilçimiz Turqur Çıraqov gümüş medalla fərqlənib. 23 kq-da çıxış edən digər “Zirvə”çi Bilal Həsənov isə bütün rəqiblərini üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Çempion” kəmərinə layiq görülüb. Eyni uğura 35 kq çəki dərəcəsində Asim Məmmədzadə imza atıb. O da rəqiblərinin hamısını məğlub edərək zirvəyə yüksəlib.

İdmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

Want your business to be the top-listed Gym/sports Facility in Xirdalan?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Heydər Əliyev Prospekti, 167
Xirdalan