Sumqayıt Olimpiya və Paralimpiya Judo Klubu

Sumqayıt Olimpiya və Paralimpiya Judo Klubu Görmə əngəlli uşaqları qəbul edirik.
Əziz valideynlər, övladlarınız özlərini kənarda hiss etməsinlər deyə, onları bizim idman bölməmizə gətirin🥋

İdman sağlam həyatın, güclü iradənin və sağlam gələcəyin təməlidir. Bu əlamətdar gündə hər kəsi aktiv həyat tərzinə, idm...
05/03/2026

İdman sağlam həyatın, güclü iradənin və sağlam gələcəyin təməlidir. Bu əlamətdar gündə hər kəsi aktiv həyat tərzinə, idmana və sağlamlığa daha çox diqqət yetirməyə çağırırıq.
Bu gün münasibətilə bütün idmançıları, məşqçiləri və idman sevərləri təbrik edirik. Qoy idman həyatımızın ayrılmaz hissəsi olsun! 🏆🔥

̇dmangünü

28 oktyabr — Ümumdünya Cüdo Günü münasibətilə bütün cüdoçularımızı və bu idmanın inkişafına töhfə verən hər kəsi təbrik ...
28/10/2025

28 oktyabr — Ümumdünya Cüdo Günü münasibətilə bütün cüdoçularımızı və bu idmanın inkişafına töhfə verən hər kəsi təbrik edirik.
Cüdo – sadəcə bir idman növü deyil, intizamın, hörmətin və ruh gücünün təcəssümüdür.

Hörmətlə,
sop_judo_club

🥋 Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turun ilk günü✅ İki gün davam edəcək yarışa 95 klub və ...
31/08/2025

🥋 Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turun ilk günü
✅ İki gün davam edəcək yarışa 95 klub və idman cəmiyyətindən olan 730 cüdoçu (581 oğlan, 149 qız) qatılıb.
-57 kq çəki dərəcəsində klubuzun idmançısı
🥋Xədicə Allahverdiyeva yarışda bürünc medal qazandı. Bu qələbə münasibəti ilə klubuzun direktoru Şəhanə Hacıyeva və şəxsi məşqçisi Fərid Ağakişiyevi təbrik edirik. Xədicə gələcəkdə daha böyük nəticələr qazanacağını müəllimlərinə söz verib. Uğurları bol olsun

U-14 yeniyetmələr arasında Liqa yarışının I turu yekunlaşıb.40 kq çəki dərəcəsində Əli Fatimə Gümüş medal qazanıb. İdman...
21/04/2025

U-14 yeniyetmələr arasında Liqa yarışının I turu yekunlaşıb.
40 kq çəki dərəcəsində Əli Fatimə Gümüş medal qazanıb. İdmançımızın şəxsi məşqçisi klubumuzun baş məşqçisi Elnur müəllimi kubun direktorun adından təbrik edirik davamlı uğurlar arzulayırıq.

Böyük Dəbilqə turnirində klubuzun direktoru Hacıyeva Şəhanə xanım və məşqçilər heyyəti klubun idmançıları ilə birlikdə m...
16/02/2025

Böyük Dəbilqə turnirində klubuzun direktoru Hacıyeva Şəhanə xanım və məşqçilər heyyəti klubun idmançıları ilə birlikdə möhtəşəm yarışda ölkəmizin idmançılarına dəstək oldular.

Hörmətli valideyinlər və idmancılar. Bu gün Sumqayıt Olimpiya və Paralimpiya Judo klubunun baş məşqçisi Elnur müəllimin ...
15/01/2025

Hörmətli valideyinlər və idmancılar.
Bu gün Sumqayıt Olimpiya və Paralimpiya Judo klubunun baş məşqçisi Elnur müəllimin doğum günüdür.
Məşqci kollektivi adından və idmancılar adından sizi təbrik edirik,saqlam bərəkətli ömür arzulayırıq.🎂🥋🇦🇿🤝

Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 noyabr 2024-cü il tarixində Mehdi Hüseynzadə a...
07/11/2024

Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 noyabr 2024-cü il tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Cüdo Təlim Mərkəzində Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr edilmiş kişilər arasında cüdo idman növü üzrə Regionun seçim yarışı keçirilib.

İdmançılarımız:

🥋 Hacıyev Səxavət 🥇 və 🥋 Mehdiyev Fərrux 🥉
İdmançılarımızı təbrik edirik və Azərbaycan çempionatında uğurlar arzu edirik.





Yeniyetmə ACF -ll seçmə turunda 57 kq çəki dərəcəsində klubumuzun idmançıları 1 gümüş və bir bürünc medal qazandılar. 🥋A...
01/11/2024

Yeniyetmə ACF -ll seçmə turunda 57 kq çəki dərəcəsində klubumuzun idmançıları 1 gümüş və bir bürünc medal qazandılar.
🥋Allahverdiyeva Xədicə 🥈
🥋Vəlizadə Səma 🥉

Biz dünya cüdo ictimaiyyəti ilə birlikdə 28 oktyabr - Beynəlxalq Cüdo Gününü qeyd edirik. 🤗Bu il Beynəlxalq Cüdo Federas...
28/10/2024

Biz dünya cüdo ictimaiyyəti ilə birlikdə 28 oktyabr - Beynəlxalq Cüdo Gününü qeyd edirik. 🤗

Bu il Beynəlxalq Cüdo Federasiyası günü rifah mövzusuna həsr edib, cüdonun xüsusilə uşaqların ümumi rifahına töhfəsini önə çəkib.🫠

Cüdo sadəcə bir idman növü deyil; o, hərtərəfli inkişaf yoludur. Cüdo vasitəsilə uşaqlar 💪 fiziki rifah əldə edirlər, güclənir və çeviklik qazanırlar; 🧠zehni qabiliyyət, diqqət və dözümlülüyü inkişaf etdirirlər; 😀emosional intellekt, özünəinam və nəzarət hissini artırırlar. Bu idman növü sosial rifah, hörmət və dostluq 🤝 münasibətlərini təşviq edir.

Güclü gələcək üçün bizə qoşulun! Cüdo dünyasını kəşf edin!✅🥋

Address

3-mikrayon. Təfəkkür Liseyin Idman Zalı
Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Olimpiya və Paralimpiya Judo Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt Olimpiya və Paralimpiya Judo Klubu:

Shortcuts

Share