Qusar rayonu üzrə gənclər və idman sektoru

Qusar rayonu üzrə gənclər və idman sektoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayonu üzrə gənclər və idman sektoru, Sport & recreation, H. Əliyev 119/B, Qusar.

Qusar rayonunda “Zəfərə gedən yol” adlı şəhid ailələri və qazilərlə gənclərin görüşü keçirilib.01 oktyabr 2026-cı il tar...
01/10/2026

Qusar rayonunda “Zəfərə gedən yol” adlı şəhid ailələri və qazilərlə gənclərin görüşü keçirilib.
01 oktyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə sektorun inzibati binasında “Zəfərə gedən yol” adlı şəhid ailələri və qazilərlə gənclərin görüşü keçirilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurəhmanova, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, Vətən müharibəsi qazisi İlkin Abuyev, Qusar rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ramin Məcidov, fəal gənclər Rasim Dəmirov və Şənay Rüstəm iştirak edərək çıxış ediblər.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra “44 günlük tarix” adlı sənədli filmin nümayiş edilmişdir.
Tədbirdə yuxarıda qeyd edilənlərlə yanaşı şəhid Cəfərov Ruslan Mövlan oğlunun anası Əzizə Cəfərova, şəhid İsmayılov Orxan Qədim oğlunun həyat yoldaşı Möhlüzar İsmayılova, rayon gənclər və idman sektorunun, müəssisə və təşkilatların əməkdaşları, tələbələr və məktəblilər iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, onların gənclər üçün bir həyat və mübarizə örnəyi olaraq tanıdılması, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin, döyüş yolunun və göstərilən qəhrəmanlıqların, birinci mənbədən, yəni canlı şahidlərin dili ilə gənclərə çatdırılması, gənclərin şəhid ailələrinə və qazilərə qarşı cəmiyyətdə hər zaman yüksək diqqət, qayğı və hörmətlə yanaşmasının təşviq edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur, dövlətçilik hisslərinin gücləndirilməsi, xalqa, vətənə və dövlətə sədaqət hissinin aşılanması, öz ölkəsinin layiqli vətəndaşı kimi formalaşmasından ibarət olmuşdur.

27 sentyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sek...
01/10/2026

27 sentyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektoru tərəfindən Anım Günü ilə əlaqədar bir qrup rayon gəncinin Qusar şəhərində yerləşən Şəhidlər xiyabanına ziyarəti təşkil edilmişdir.
Ziyarətin təşkilində məqsəd Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur, dövlətçilik və fədakarlıq hisslərinin gücləndirilməsi olmuşdur.

25 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində “Səhər idmanı” layihəsi çərçivəsində məşqçi-müəllim Rav...
27/08/2026

25 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində “Səhər idmanı” layihəsi çərçivəsində məşqçi-müəllim Ravid Mirzəbəyovun rəhbərliyi ilə səhər idmanı məşqləri keçirilmişdir.

24 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar ...
27/08/2026

24 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Qusar Olimpiya İdman Kompleksinin dəstəyi ilə uşaqlar və yeniyetmələr arasında üzgüçülük idman növü üzrə Qusar rayon turniri keçirilib.

Turnirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorun əməkdaşları, Qusar Olimpiya İdman Kompleksinin direktoru Anar Məmmədov, üzgüçülük idman növü üzrə məşqçi-müəllimlər və 60-a yaxın həvəskar üzgüçü iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışın sonunda qalib və mükafatçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Qusar Olimpiya İdman Kompleksi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Turnirin keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında üzgüçülük idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği, gənc istedadların üzə çıxarılması və bu idman növünün rayonda daha da inkişaf etdirilməsidir.

Yarışda iştirak edən bütün idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Avrasiya Çempionatında möhtəşəm nəticə! 🏆🥇23 avqust 2026-cı il tarixində Bakı şəhərində keçirilən Avrasiya Çempionatında...
27/08/2026

Avrasiya Çempionatında möhtəşəm nəticə! 🏆🥇

23 avqust 2026-cı il tarixində Bakı şəhərində keçirilən Avrasiya Çempionatında Qusar rayonundan olan idmançı Surət Pirnəzərov 120 kq çəki dərəcəsində iştirak edərək hər iki disiplin üzrə yüksək nəticə göstərib.

💪 Classic Strict Curl (Klassik Biceps Qaldırma)
🥇 105 kq – 1-ci yer, Mütləq Çempion və kubok

💪 Extreme Strict Curl (Ekstrim Biceps Qaldırma)
🥇 152 kq – 1-ci yer, Çempion

Yarışın yekun nəticələrinə əsasən, Surət Pirnəzərov hər iki disiplin üzrə Avrasiya Çempionu adını qazanaraq 2 qızıl medal və müvafiq diplomlarla təltif olunub.

İdmançımızı bu möhtəşəm uğur münasibətilə təbrik edir, gələcək yarışlarda ona daha böyük nailiyyətlər arzulayırıq! 🇦🇿🏆

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 19 avq...
19/08/2026

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 19 avqust 2026-cı il tarixində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir qrup rayonumuzun fəal gənclərinin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilmişdir.
Tədbirdə Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, sektorun əməkdaşları və gənclər iştirak etmişlər.
Ekskursiya zamanı iştirakçılar Muzeyin zalları ilə yaxından tanış olaraq müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər və digər tarixi materiallar və eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.
Ekskursiyanın keçirilməsində məqsəd Muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olmaq, gənclərdə tarixi keçmişə hörmət və Vətənə sədaqət hisslərini daha da gücləndirmək və asudə vaxtlarının səmərəli təşkili olmuşdur.

18 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində “Səhər idmanı” layihəsi çərçivəsində məşqçi-müəllim Elş...
19/08/2026

18 avqust 2026-cı il tarixində Qusar Olimpiya İdman Kompleksində “Səhər idmanı” layihəsi çərçivəsində məşqçi-müəllim Elşən Şükürovun rəhbərliyi ilə səhər idmanı məşqləri keçirilmişdir.

Qusarda voleybol turnirinin final mərhələsi keçirilibQuba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə ...
19/08/2026

Qusarda voleybol turnirinin final mərhələsi keçirilib

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyətinin və İmamqulukənd kənd Bələdiyyəsinin dəstəyi ilə 08 avqust 2026-cı il tarixində start verilən voleybol turnirinin final mərhələsi 14 avqust 2026-cı il tarixində Qusar rayonunda keçirilib.

Final qarşılaşmalarında komandalar arasında gərgin və maraqlı mübarizə yaşanıb. Oyunların nəticələri:
* Köhnə Xudat – Samur: 3:2
* İmamqulukənd – Mucuq oba: 3:0

Turnirin yekun nəticələrinə əsasən:

🥇 I yer – İmamqulukənd komandası
🥈 II yer – Mucuq oba komandası
🥉 III yer – Köhnə Xudat komandası

Final mərhələsini Qusar rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emil Əmirmətov, sektorun əməkdaşları, İmamqulukənd Bələdiyyəsinin sədri, komandaların nümayəndələri və 2000 nəfərə yaxın azarkeş izləyib.

Sonda qalib və mükafatçı komandaların üzvləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla, İmamqulukənd kənd bələdiyyəsi tərəfindən kubokla təltif olunublar.

Turnirin keçirilməsində əsas məqsəd Qusar rayonunda voleybol idman növünün inkişaf etdirilməsi, gənclərin və idmançıların asudə vaxtlarının səmərəli təşkil olunması, sağlam həyat tərzinin təbliği, kəndlər arasında idman əlaqələrinin gücləndirilməsi və voleybola marağın daha da artırılması olub.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 12 avq...
13/08/2026

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir qrup könüllü gənclərin Qusar rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov sektorun əməkdaşları və könüllü gənclər iştirak etmişlər.
Ekskursiya zamanı iştirakçılar Mərkəzin ekspozisiya zalları ilə tanış olaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər və digər tarixi materiallar haqqında ətraflı məlumat əldə ediblər.
Mərkəz ilə tanışlıqdan sonra gənclərlə səmimi söhbət çay süfrəsi arxasında davam etdirilmiş, tədbirlərdə fərqlənən könüllülər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif edilmişlər.
Ekskursiyanın keçirilməsində məqsəd Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində göstərilən misilsiz xidmətləri mənimsəmək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotostendlər və kitablarla yaxından tanış olmaq, gənclərdə tarixi keçmişə hörmət və Vətənə sədaqət hisslərini daha da gücləndirmək və asudə vaxtlarının səmərəli təşkili olmuşdur.
̇i̇ ̇mi̇bi̇rli̇kdə

Avqustun 11-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağla...
13/08/2026

Avqustun 11-də Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının bağlanış mərasimi baş tutub.
Avqustun 3-dən 11-dək ölkənin dörd bir yanından Qusara toplaşan 16 yaşadək istedadlı şahmatçılar doqquz gün ərzində gərgin və maraqlı mübarizə aparıblar. Olimpiadada 330-a yaxın yeniyetmə şahmatçı iştirak edib. Yarış 11 turdan ibarət olub və “İsveçrə sistemi” ilə keçirilib. İştirakçılar yaş kateqoriyalarına görə 2 qrupa bölünüblər. A qrupunda 12, 14 və 16 yaşlı, B qrupunda isə 8 və 10 yaşlı yeniyetmələr öz güclərini sınayıblar. A qrupunda I yer tutan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov Olimpiadanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. O qeyd edib ki, regionlarda şahmatın kütləviləşdirilməsi Federasiyanın prioritet istiqamətlərindən biridir və Qusarda keçirilən bu yarış həmin strategiyanın uğurlu nümunəsidir: “Son illərdə regionlarda keçirilən yarışlar arasında belə nümunəvi təşkilatçılıq görməmişdim. Olimpiadanın yüksək səviyyədə keçirilməsində əməyi olan Qusar Rayon İcra Hakimiyyətinin başçısına, bütün könüllülərə və digər təşkilatçılara dərin minnətdarlığımı bildirirəm” - deyə Faiq Həsənov vurğulayıb.
Bağlanış mərasimi çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova Azərbaycan Şahmat Federasiyasının adından təşəkkürnamə təqdim olunub. Turnirin təşkilində fəal iştirak edən könüllülərə isə Azərbaycan Şahmat Federasiyasının sertifikatları və Qusar Rayon İcra Hakimiyyətinin adından təşəkkürnamələr təqdim edilib.
Tədbirin davamında mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq dərəcəli hakim, yarışların baş hakimi Azər İbrahimov qaliblərin adlarını elan edib. 8, 10, 12, 14 və 16 yaşlı oğlanlar və qızlar arasında, eləcə də A və B qrupları üzrə I, II və III yerlərin sahibləri diplom, medal və kuboklarla təltif olunublar. Qusar şəhərindən olan ən fəal yeniyetmə şahmatçı da mükafata layiq görülüb.
Bağlanış mərasimi Qusar Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi rəngarəng konsert proqramı ilə yekunlaşıb.

Address

H. Əliyev 119/B
Qusar
AZ3800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994233852474

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share