KUR Olimpiya Tədris İdman Mərkəzi

KUR Olimpiya Tədris İdman Mərkəzi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KUR Olimpiya Tədris İdman Mərkəzi, Sports Team, 98A İslamzadə küçəsi, Mingechaur.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 27/08/2026

📝26.08.2026-cı il tarixində Kür çayının sahilində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Gənclər Evi SXM-in təşkilatçılığı, “Kür” OTİM-in dəstəyi ilə gənclərlə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin nümayəndələri arasında görüş keçirilmişdir.
✅Görüşün əsas məqsədi gənclərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı biliklərinin artırılması, mütaliəyə və yaradıcılığa marağının təşviq edilməsi, gənclər və yazıçılar arasında fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də gənclərin ədəbi-mədəni mühitə fəal cəlb olunmasına dəstək göstərilməsi olmuşdur.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 26/08/2026

🚣‍♀️26 avqust 2026-cı il tarixində “Kür” OTİM-də Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, “Kür” OTİM-in birgə təşkilatçılığı, Azərbaycan Su İdman Növləri Federasiyasının dəstəyi ilə “Sağlam həyat üçün avar çək” layihəsi çərçivəsində kütləvi idman tədbiri həyata keçirilmişdir.
✅Tədbirin təşkilində əsas məqsəd əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, su idman növlərinə marağın artırılması, avarçəkmə idmanının geniş təşviqi, həmçinin iştirakçıların asudə vaxtlarının səmərəli təşkili olmuşdur.

26/08/2026

Gənclərin nəzərinə!
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 7-dən 14-dək "Kür" Olimpiya Tədris-İdman Mərkəzində “Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi" keçiriləcək.
Düşərgənin keçirilməsində məqsəd iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin genişlənməsinə imkan yaratmaq, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarını artırmaq, qeyri-formal təhsil metod və alətləri vasitəsilə gənclərin inkişafına töhfə vermək, gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləməkdir.
Anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən gənclər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan gənclərə düşərgənin proqramı və ətraflı məlumatlar göndəriləcək.
Qeyd: Düşərgədə iştirak üçün ingilis dili mütləqdir.
📍"Kür" Olimpiya Tədris-İdman Mərkəzi
🗓️ 7-14 sentyabr 2026-cı il
Qeydiyyat üçün link: https://gencler.az/events/beynelxalq-duserge
Son qeydiyyat tarixi: 1 sentyabr 2026-cı il, saat 15:00.
̇mi̇bi̇rli̇kdə

Gənclərin nəzərinə!

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 7-dən 14-dək "Kür" Olimpiya Tədris-İdman Mərkəzində “Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi" keçiriləcək.

Düşərgənin keçirilməsində məqsəd iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin genişlənməsinə imkan yaratmaq, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarını artırmaq, qeyri-formal təhsil metod və alətləri vasitəsilə gənclərin inkişafına töhfə vermək, gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləməkdir.

Anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən gənclər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan gənclərə düşərgənin proqramı və ətraflı məlumatlar göndəriləcək.

Qeyd: Düşərgədə iştirak üçün ingilis dili mütləqdir.

📍"Kür" Olimpiya Tədris-İdman Mərkəzi

🗓️ 7-14 sentyabr 2026-cı il

Qeydiyyat üçün link: https://gencler.az/events/beynelxalq-duserge

Son qeydiyyat tarixi: 1 sentyabr 2026-cı il, saat 15:00.

̇mi̇bi̇rli̇kdə

23/08/2026

🚣🏻Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək

📅26-30 avqust tarixlərində Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Çempionatı keçiriləcək. Azərbaycan Su İdman Növləri Federasiyası yarışda Tatyana Smilovenko ilə təmsil olunacaq. Komandaya kanoe üzrə yığmanın baş məşqçisi Aleksandr Jukovski rəhbərlik edəcək.

Xatırladaq ki, Tatyana iyulda Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.🥈

Gənclər və İdman Nazirliyi National Olympic Committee .europe Everything canoe, kayak, and SUP World Rowing Adıyla və dadıyla!

Tanya Smulovenko

Photos from Azerbaijan Water Sports Federation's post 23/08/2026
18/08/2026
12/08/2026

Bu gün – 12 Avqust Beynəlxalq Gənclər günüdür.

Photos from Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi's post 09/08/2026

🏊‍♀️9 avqust 2026-cı il tarixində “Kür” OTİM-in üzgüçülük hovuzunda Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və “Kür” OTİM-in birgə təşkilatçılığı ilə “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə üzgüçülük idman növü üzrə Mingəçevir şəhər turniri keçirilmişdir.
✅Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan marağının artırılması, üzgüçülük idman növünün inkişaf etdirilməsi, perspektivli idmançıların aşkar edilərək onların bacarıqlarının daha da təkmilləşdirilməsinə dəstək göstərilməsi olmuşdur.
▶️Turnirin qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

08/08/2026

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.

̇mi̇bi̇rli̇kdə
Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF Baku City Circuit

Photos from Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi's post 08/08/2026

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçirilib.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.

Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə – 350 metr və 1000 metr məsafələrdə təşkil olunub. 350 metr məsafədə 313 nəfər (242 kişi, 71 qadın) üzüb, 304 nəfər (236 kişi, 68 qadın) finişə çatıb. 1000 metr məsafədə isə 88 nəfər (69 kişi, 19 qadın) üzüb, 86 nəfər (68 kişi, 18 qadın) finişə çatıb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər məsul şəxslər təqdim ediblər.

Yarışın nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.mys.gov.az/az/xeberler/mingecevirde-kuru-kecek-5-aciq-suda-uzme-yarisi-kecirilib

̇mi̇bi̇rli̇kdə
Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF Baku City Circuit

Want your business to be the top-listed Gym/sports Facility in Mingechaur?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


98A İslamzadə Küçəsi
Mingechaur
AZ4500