08/07/2020
Bu məktəbimizin məşqçi-müəllimi Azərbaycan Respublikasının İdman ustası, respublika dərəcəli hakim Hacıyev Elnur Əvəzəli oğlunun doğum günüdür.
Elnur müəllimi kollektivimiz və idman sevərlərin adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
Hacıyev Elnur Əvəzəli oğlu 8 iyul 1982-ci ildə Lənkəran rayon Liman şəhərində anadan olmuşdur. 1998-ci ilsə Liman şəhər 1 saylı orta məktəbinin birinci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Lənkəran Dövləd Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı” ixtisasına daxil olmuş, 2003-cu ildə həmin ixtisası bitirmişdir. 2003-2004-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 2004-cu ildən 2007-ci ilədək "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətində məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. 2007-2009-cu illərdə Masallı Olimpiya İdman Kompleksində məşqçi-müəllim, 2009-2013-cu illərdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəznindəki Uşaq-Gənclər və İdman Məktəbində boks idman növü üzrə baş məşqçi-müəllim, 4 sentyabr 2013-cu il tarixindən Masallı Regional Boks Mərkəzinin direktoru vəzifəsində çalışır.
Hacıyev Elnur Əvəzəli oğlu hələ uşaq yaşlarında ikən boks idman növünə böyük maraq göstərmişdir.
5 qat Azərbaycan çempionu, 3 dəfə müxtəlif beynəlaxalq turnirlərin qalibi, 1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) keçirilmiş Avropa çempionatının bürünc mükafatçısıdır.
Elnur Hacıyev bu gündə yorulmadan uşaq, yeniyetmə və gənclərin sağlam ruhda tərbiyə olunması naminə məşqçilik fəaliyyətini davam etdirir. Onun yetirmələri Bağırov Valid (AAAF təşkilatçılığı ilə keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” nın III yerin qalibi), Hüseynov İnayət (Respublika III yer), Kərimov Toğrul, Zərbiyev Zaur, Balayev Qaraş (UGİM Respublika III yer) və başqalarıdır. Ailəlidir, 2 övladı var.