11/03/2024
BOKS idman növü ilə məşğul olmaq istəyənlərin nəzərinə!
Artıq İsmayıllı rayonunda davamlı olaraq boks idman növü fəaliyyətə başlayır.
Məşğələlər Azərbaycan Boks Federasiyasında 2008 - ci ildən məşqçi - müəllim kimi fəaliyyətə başlamış, yetirmələri dəfələrlə respublika birinciliklərinin, beynəlxalq turnirlərin eləcə də, Avropa və Dünya birinciliklərinin mükafatçıları olmuş Məmiyev Qabil Azadxan oğlu tərəfindən həyata keçiriləcəkdir. Qabil müəllim “Rabitə” və “Gilan” İdman Klublarında məşqçi kimi çalışmışdır.
Hörmətli valideyinlər!
Övladlarınızın sağlam böyüməsi üçün onları Qabil müəllim kimi peşəkarlara etibar edin.
Ünvan: İsmayıllı Olimpiya İdman Kompleksi
Əlaqə telefonu: (055) 383-35-85