Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Heyder Əliyev pr. 207, Göyçay.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşdırdığı dövlət səfəri iki qardaş ölkə arasında ç...
26/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşdırdığı dövlət səfəri iki qardaş ölkə arasında çoxəsirlik tarixi-mədəni əlaqələri yeni, strateji müttəfiqlik zirvəsinə yüksəldən tarixi hadisəyə çevrildi. Daşkənddə dövlət başçısının möhtəşəm qarşılanma mərasimi, imzalanan fundamental sənədlər, açılışı və təməli qoyulan irimiqyaslı birgə layihələr Bakı ilə Daşkənd arasındakı münasibətlərin ortaq instutisional baxımdan yeni mühüm mərhələyə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdiridi. Səfər həm ikitərəfli əməkdaşlığın inkişafı, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın vahid geoiqtisadi məkanda birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu səfəri “tarixi hadisə” adlandıraraq, iki liderin siyasi iradəsi sayəsində qısa müddətdə misli görünməmiş böyük nəticələr əldə olunduğunu xüsusi vurğuladı. Səfərin ən böyük diplomatik uğuru isə iki güclü və suveren dövlət arasında təbii ittifaqı hüquqi cəhətdən möhkəmləndirən “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu.
Səfər çərçivəsində sadəcə diplomatik deyil, həm də real iqtisadi tərəfdaşlığı əks etdirən möhtəşəm infrastruktur layihələrin açılışı və təməlqoyma mərasimləri keçirildi. Liderlər paytaxtda Nizami Gəncəvi adına Milli Pedoqoji Universitetin yeni binasının rəsmi açılışını etdilər. Bununla yanaşı müasir şəhərsalma modelinin unikal nümunəsi olan “Yeni Daşkənd” layihəsi ilə tanışlıq çərçivəsində “Azərbaycan” parkının təməli qoyuldu. Həmçinin 500 milyon dollar nizamnamə kapitalı olan Özbəkistan-Azərbaycan İnvestisiya şirkətinin rəhbərliyi ilə energetika, bankçılıq, metallurgiya, tikinti materiallarını əhatə edən yeni investisiya paketlərinə (o cümlədən gips zavodu, STEAM məktəbləri və SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsinə) rəsmən start verildi.
Səfərin ən yadda qalan və rəmzi anlarından biri dövlət başçılarının bir-birini öz ölkələrinin ən ali mükafatları ilə təltifetmə mərasimi olmuşdur. Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki liderin bir-birinə və xalqlarına olan sonsuz hörmətin ifadəsi kimi yadda qaldı. Keçirilən bu mərasim iki ölkə arasındakı səmimiyyətin və etimadın ən yüksək zirvədə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Rəsmi təmasların ardınca liderlərin mətbuata birgə bəyanatlarla çıxış etməsi səfərin siyasi əhəmiyyətini və gələcək hədəflərini ictimaiyyətə çatdırdı. Prezidentlərin mətbuat qarşısındakı bəyanatları ölkələrimizin həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman bir-birinin yanında olacağını təsdiqlədi.
Prezident İlham Əliyev çıxışı əsnasında regionun və qlobal münasibətlərin gələcəyinə hədəflənən proqram xarakterli tezislər səsləndirdi. Dövlət başçısının nitqində vurğulandı ki, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi məkana çevrilib. Prezidentin nitqində həmçinin işğaldan azad edilmiş torpaqların, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndi istehsalat sahələrinin açılmasında göstərdiyi qardaşlıq dəstəyinə görə prezident Şavkat Mirziyoyevə dərin təşəkkürünü bildirdi. Ölkələrimiz arasında investisiya və infrastruktur məsələlərinə geniş toxunaraq hər iki ölkənin irəliləmək üçün çox dəqiq fəaliyyət planının olduğunu vurğuladı. Dövlət başçısı iki ölkə arasında yaradılan İnvestisiya Fondunu regionun ən səmərəli və nəticəyönümlü iqtisadi mexanizmi adlandırdı. Regionun tranzit əhəmiyyətinə toxunan prezident, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini və bu layihənin Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxışı üçün yeni alternativ qapı açacağını vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri təkcə iki ölkə arasında imzalanan sənədlərlə deyil, həm də Türk dünyasının bütövləşməsi yolunda atılan ən nəhəng addımlardan biri kimi tarixə düşdü. Bakı və Daşkənd tərəfindən qurulan bu sarsılmaz müttəfiqlik modeli Avrasiya məkanında sülhün, iqtisadi tərəqqinin, yeni nəqliyyat və enerji xətlərinin çəkilməsinin ən güclü təminatçısı olduğunu bir daha təsdiq etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbr...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafına yönəlmiş fəaliyyətində uğurlar arzulayırıq!

9 illik bazadan kolleclərə qəbul olanların qeydiyyatı davam edir.Qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.Elektro...
25/08/2026

9 illik bazadan kolleclərə qəbul olanların qeydiyyatı davam edir.
Qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.
Elektron qeydiyyat prosesində texniki və ya digər çətinliklərlə qarşılaşan abituriyentlər lazımi köməkliyin göstərilməsi üçün kollecimizin inzibati binasına müraciət edə bilərlər. Qeydiyyat üzrə məsul şəxs - 050 473 42 33.
Kollecə yaxınlaşarkən mütləq aşağıda adları qeyd olunan sənədləri təqdim etmək vacibdir:
1.Şəxsiyyət vəsiqəsi (əsli və surəti).
2.Attestat
3.Fotoşəkil (rəngli 3x4 ölçüdə, 4 ədəd)
4.Ağ qovluq (qaytanlı).
5.Hərbi bilet və ya çağırışaqədərki hazırlıq haqqında vəsiqə (oğlanlar üçün - ağ və ya hərbi bilet ).
6. Ödənişli əsaslarla qəbul olan tələbələr ödəniş qəbzi.
7.İmtiyazlı tələbələrdən, imtiyazı təsdiq edən sənədin notarial qaydada təsdiqi.

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın müasir tarixinə zəfər, milli qürur və tarixi ədalətin bərpası günü kimi həkk ...
25/08/2026

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın müasir tarixinə zəfər, milli qürur və tarixi ədalətin bərpası günü kimi həkk olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, bu dilbər guşəmizin 30 illik həsrətdən sonra yenidən öz doğma sahiblərinə qucaq açmasının müqəddəs rəmzidir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Laçın şəhərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza müjdə verdi. Artıq 4-cü ildir ki, 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizə qızıl hərflərlə yazılıb. Böyük strateji əhəmiyyətə malik 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon əhalisi etnik təmizlənməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Həmçinin mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər talan edilmiş və dağıdılmışdır.
Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfər Laçının taleyini də dəyişdi. 10 noyabr – Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. 30 ilə yaxın işğal altında qalan şəhər və rayon artıq böyük qayıdışın ünvanına, genişmiqyaslı quruculuğun və sürətli inkişafın nümunəsinə çevrilib. Laçının bugünkü simasında tarixlə müasirlik, zəfərlə quruculuq, qayıdışla gələcəyə inam vəhdət təşkil edir.
Bu gün Laçın artıq keçmişin həsrət və niskil şəhəri deyil, dövlətimizin iqtisadi gücünün və quruculuq iradəsinin canlı simvoludur. Qısa müddətdə Laçın bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu, məskunlaşma prosesinə start verildi. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin strateji və beynəlxalq əhəmiyyətini daha da artırır. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı regionun nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Laçının dirçəlişinin ən böyük göstəricisi isə heç şübhəsiz ki, insanların öz doğma yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhərə qayıdışı başlayıb. Həyata keçirilən genişmiqyaslı dövlət proqramları nəticəsində rayonda məskunlaşma prosesi sürətlə davam edir. Öz ata-baba yurdlarından uzun müddət kənarda qalan laçınlılar mərhələli şəkildə öz doğma və tarixi yurdlarına qayıdırlar.
Laçında inşa olunan müasir binalar, salınan yollar, yaradılan sosial obyektlər, enerji və istehsal müəssisələri bu böyük quruculuq siyasətinin real nəticələridir. Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə imkan yaradır.
Bu gün Laçın təkcə azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın inkişaf modelinin təcəssümüdür. Qəhrəmanlıq tarixi ilə şərəflənən Laçın indi quruculuq, tərəqqi və dayanıqlı inkişaf yolundadır. Burada həyata keçirilən genişmiqyaslı layihələr Laçını həm yaşayış, həm iqtisadiyyat, həm də mədəniyyət baxımından bölgənin parlayan mərkəzinə çevirir. Burada görülən işlər ölkəmizin gücünü, dövlət siyasətinin məqsədyönlülüyünü, xalqın doğma yurduna bağlılığını nümayiş etdirir.

11-illik (tam orta) təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.Abituriyentl...
24/08/2026

11-illik (tam orta) təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Abituriyentlər müəyyən edilmiş müddətdə elektron ixtisas seçimi ərizəsini dolduraraq müsabiqədə iştirak edə bilərlər.
Seçim etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi veb səhifəsinə daxil olaraq ixtisas kodlarını ardıcıllıqla sistemə daxil etməyiniz lazımdır. Yekun mərhələdə ərizəni təsdiqləməyi unutmayın. Onu da qeyd edək ki, bu tədris ilindən başlayaraq kollecimizdə iki yeni ixtisasın (marketinq və nəqliyyatın loqistikası) tədrisinə başlanılacaq. Göyçay Dövlət idarəetmə və Texnologiya kollecində 11 - illik bazadan tədris olunan ixtisasları sizə təqdim edirik.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə, Cənubi Qafqaz və Mərkə...
22/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji yaxınlaşmasında yeni bir mərhələnin anonsu kimi qiymətləndirilməlidir. Dövlət başçısının təqdim etdiyi tezislər, Bakı ilə Daşkənd arasındakı münasibətlərin sadəcə ikitərəfli tərəfdaşlıq deyil, Avrasiya məkanında formalaşan yeni güc mərkəzinin institusional əsas olduğunu bəyan edir. Müsahibədə yer alan strateji istiqamətlərin dərin siyasi-iqtisadi təhlili bir neçə fundamental müstəvidə özünü biruzə verir.
Azərbaycan və Özbəkistan regional güc mərkəzləri olaraq həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın geosiyasi mənzərəsini yenidən formalaşdırır. İki qardaş ölkə arasındaki münasibətlərin bu gün gəlib çatdığı ali nöqtə təkcə diplomatik uğur deyil, həm də Türk dünyasının bütövlüyünə xidmət edən tarixi zərurətdir. Prezident İlham Əliyevin Özbəkistanın dövlət mediasına verdiyi son müsahibə iki ölkə arasında müttəfiqlik əlaqələrinin dərinliyini, gələcək istiqamətlərini və regional inteqrasiyanın strateji konturlarını bir daha bəyan etdi.
Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri ikitərəfli əlaqələrin artıq adi tərəfdaşlıq formatını aşaraq ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Dövlət başçısı xüsusi olaraq bu məqamalara toxunaraq qeyd etdi ki, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan bu münasibətlər imzalanan tarixi sənədlərlə hüquqi müstəviyə qaldırılıb. 2024 və 2025-ci illərdə həyata keçirilən qarşılıqlı dövlət səfərləri, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki suveren dövlətin gələcək birgə addımlarının yol xəritəsini müəyyən edir. Həmçinin Ali Dövlətlərarası Şuranın təsis edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
Prezident müsahibəsində vurğulayıb ki, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Dövlət başçısı qeyd edib ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Müsahibənin mühüm hissəsi iqtisadi-ticari əlaqələrə həsr olunub. Prezident qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb, 2026-cı ilin ilk 5 ayında isə bu göstərici 33 faiz artımla 144 milyon dolları ötüb. 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.
Dövlət başçısı həmçinin iki ölkə arasında tranzit daşımalarında artıma diqqət yönəldərək qeyd edib ki, 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
Prezident mədəni və humanitar sahədə əməkdaşlıqdan bəhs edərkən mədəni diplomatiyanı münasibətlərin ayrılmaz hissəsi adlandırıb. Bakının mərkəzində salının “Özbəkistan” parkı, Daşkənddəki “Heydər Əliyev” meydanı, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universiteti, qarşılıqlı mədəniyyət günləri, Türkoloji Qurultayla bağlı tədbirlər bu əlaqələrin bariz nümunəsidir. Həmçinin təhsil sahəsində tələbə mübadiləsi, Füzulidə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına məktəb, işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş ölkənin verdiyi töhfə bu birliyin sarsılmaz mənəvi sübutudur.
Ölkə başçısının müsahibədə toxunduğu fundamental məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal arenadakı rolu oldu. Azərbaycan və Özbəkistan TDT-nı sadəcə bir regional təkilat deyil, ortaq tarixi, mədəniyyəti və strateji gələcəyi hədəfə daşıyan güclü bir birlik kimi dəyərləndirir. Bu çərçivədə Bakı və Daşkəndin vahid geosiyasi mövqeydən çıxış etməsi təşkilatın beynəlxalq miqyasda nüfuzunu qətiyyətlə artırır. Prezidentin müsahibəsində toxunduğu logistika, enerji xəritələri, Bakı-Daşkənd oxunun qlobal miqyaslı əhəmiyyətini ortaya qoyur. Ölkə başçısı bu məqamlara geniş toxunub, vurğulayıb ki, əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Həmçinin prezidentin nitqində qeydolunub ki, bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Prezident həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qoşulmasından, “C5” formatının “C6”-ya çevrilməsindən danışıb və bunu regional əlaqələrin strateji əhəmiyyətinin göstəricisi adlandırıb.
Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi geniş müsahibə sadəcə keçilmiş yola nəzər salmaq deyil, həm də gələcək onilliklərin yol xəritəsidir. Bu strateji dialoq sübut edir ki, Azərbaycan ilə Özbəkistan arasında qurulan ittifaq regionda sülhün, sabitliyin, iqtisadi tərəqqinin və ən əsası, Türk dünyasının həmrəyliyinin ən böyük təminatçısıdır. İki qardaş ölkənin ortaq hədəfləri həm Xəzərin şərqində, həm də qərbində yeni və parlaq bir inkişaf erasının bünövrəsini qoyur.

17/08/2026

📢 Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır!

❗Qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.
▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.
▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri ilin ən əlamətdar hadis...
16/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri ilin ən əlamətdar hadisələrindən olaraq respublikamızın siyasi, iqtisadi, sosial həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Bu həm də muxtar respublikanın inkişafının sürətli, davamlı və dinamik olduğunun əyani göstəricisidir.
Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir.
Prezident İlham Əliyevin məlum səfəri muxtar respublikanın sosial – iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndərin abidəsinin ziyarəti ilə başlayan səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Səfərin mühüm məqamlarından biri cənab Prezidentin dövlət televiziyasına müsahibəsi oldu. Müsahibədə vurğulanan məqamlar bir daha göstərdi ki, yeni reallıqlarda Naxçıvanın strateji mövqeyi, iqtisadi gücü və inteqrasiya imkanları keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə və qarşıdaki hədəflərə geniş şəkildə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi, tarixi – mədəni irsinin qorunması istiqamətində görülən işlərdən bəhs etdi. Qeyd olunanların fonunda təbii ki təhlükəsizlik amili ən vacib məqamlardandır.
Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində bütün bu məqamlar xüsusi qeyd olundu. Prezident Naxçıvanın təhlükəsizlik amilini və hərbi potensialını xüsusi vurğulayaraq bildirdi ki, Naxçıvanda onun sərəncamı ilə Əlahiddə Ordu yaradılıb. Dövlət başçısı qeyd etdi ki, Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu birinci şərtdir. Bu gün Azərbaycanın Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən günə gücləndirilir və gücləndiriləcək.
Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı, dövlət başçısı bildirdi ki, Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birbaşa birləşdirmək xalqımızın çoxdanki arzusu olub, Zəngəzur dəhlizinin reallaşması, eyni zamanda Qars – İğdır – Aralıq – Dilucu – Naxçıvan dəmiryolu xəttinin inkişafı muxtar respublikanı regionun dünyaya açılan mühüm qapısına, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşurutlarının, Orta Dəhlizin strateji düyün nöqtəsinə çevirəcək. Dövlət başçısı tarixi Vaşinqton görüşünə diqqət çəkərək qeyd etdi ki, həmin zirvə görüşündə əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesajlar oldu.
Dövlət başçısı mühasibəsində digər vacib məqam Naxçıvanın azad olunmuş ərazilərlə vahid konsepsiya əsasında inkişafı və idarəetmə modeli ilə bağlı səsləndirdiyi fikirlər oldu. Prezident İlham Əliyev vurğuladı ki, Naxçıvan o cümlədən Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdaki kimi idarəetmə üsuli - idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydası təkmilləşməlidir.
Dövlət başçısının müsahibəsində toxunduğu bütün bu məqamlar Naxçıvanın gələcək inkişaf perspektivləri barədə aydın təsəvvür yaradır. Naxçıvanın enerji təhlükəsizliyi, bərpa olunan enerji imkanları, sənaye, kənd təsərrüfatı, yol və sosial infrastruktur sahələrində nəzərdə tutulan layihələr göstərir ki, qarşıda muxtar respublika üçün yeni və daha geniş inkişaf mərhələsi dayanır. Eyni zamanda tarixi - mədəni irsin qorunmasına xüsusi diqqət göstərilməsi Naxçıvanın inkişafının yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin yaşadılması ilə bağlı olduğunu nümayiş etdirir. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində (GDİTK) elektron diplomların verilməsinə başlanılıb. Proses “Təhsil ha...
14/08/2026

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində (GDİTK) elektron diplomların verilməsinə başlanılıb. Proses “Təhsil haqqında” Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Beləliklə, 2025/2026-cı tədris ili üzrə GDİTK dən məzun olanlar diplomlarını elektron formatda əldə edəcəklər.
Artıq bu gündən direktor məzununların diplomlarını AOİTAS vasitəsilə imzalayıb. Bütün məzunların diplomları mərhələli şəkildə elektron formada imzalanaraq təqdim olunacaq.
Qeyd edək ki, məzunlar elektron diplomları avqust ayı ərzində “mygov” rəqəmsal hökumət platforması üzərindən əldə edə bilərlər. Elektron diplomlara keçidə görə Dövlətimizə, ETN, EATDA və əməyi keçən kollecimizin məsul şəxslərinə təşəkkür edirik. Xeyirli, uğurlu olsun.
www.gditk.edu.az

Address

Heyder Əliyev Pr. 207
Göyçay

Opening Hours

Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+994202740172

Alerts

Be the first to know and let us send you an email when Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share