ASTF Azerbaijan Table Tennis Federation

ASTF Azerbaijan Table Tennis Federation

Share

Azərbaycan, N.Rəfiyev 17
E-mail: [email protected]
https://www.instagram.com/astf.az
Tel/Fax : (+994

09/07/2026

Stolüstü tennisçilərin Portuqaliya sınağı

Stolüstü tennisçilər növbəti Avropa çempionatında istirak edəcəklər. Seçmə komandamızın uzvləri bu məqsədlə Portuqaliyaya yola düşublər. Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət seçmə komandanın baş məşqçisi Mixail Timofeyevlə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 03/07/2026

Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib

Bu gün stolüstü tennis üzrə Respublika birinciliyinə yekun vurulub. “Süa İdman - Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Budəfəki birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onlar şəxsi, qoşa və qarışıq qoşa növlərində qalib və mükafatçıları müəyyənləşdiriblər. Üç gün davam edən yarışın nəticələrini təqdim edirik:
Qızların şəxsi mübarizəsi:
1- ci yer- Mehin Mirzəbalayeva
2- ci yer- Yasəmən Həbibova
3- cü yer- Səidə Qulizadə
3-cü yer- Banu İmanverdizadə

Oğlanların şəxsi mübarizəsi:
1- ci yer- Cəfər Almədədli
2-ci yer- Saleh Hümbətov
3-cü yer- Camal Kərim
3-cü yer- Əliəkbər Mirzəliyev

Qızların qoşa mübarizəsi:
1-ci yer- Yasəmən Həbibova – Mehin Mirzəbalayeva
2-ci yer- Rüqəyya Cavadzadə - Gülnur Kərimli
3-cü yer- Aylin Cabbarova - Fatimə Şahvələdova
3-cü yer- Səidə Qulizadə - Aylin Şərifli

Oğlanların qoşa mübarizəsi:
1- ci yer- Saleh Hümbətov – Cəfər Almədədli
2- ci yer- Əliəkbər Mirzəliyev – Camal Kərim
3- cü yer- Vyaçeslav Esaukenko – Səid Quluzadə
3- cü yer- Tunar Hüseynzadə - Həzrət Kamilov

Qarışıq-qoşa mübarizə:
1- ci yer- Cəfər Almədədli – Yasəmən Həbibova
2- ci yer- Əliəkbər Mirzəliyev – Mehin Mirzəbalayeva
3- cü yer- Saleh Hümbətov – Banu İmamverdizadə
3- cü yer- Raul Əsədov – Mehri Aslanzadə

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fəxri kürsüyə qalxan idmançılara diplom və medallar təqdim olunub.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 01/07/2026

Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb

Bu gün stolüstü tennis üzrə Respublika birinciliyində mübarizə başlanıb. “Süa İdman-Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər. Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar. Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyə iyulun 3-də yekun vurulacaq.

28/06/2026

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşı, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Sarvan Nağıyevin 50 yaşı tamam olur.
Uzun illər idman sahəsindəki peşəkar fəaliyyəti ilə bu sahənin inkişafına dəyərli töhvələr verən mütəxəssis, yüksək insani keyfiyyətləri ilə də idman ictimaiyyətinin xüsusi rəğbətini qazanıb. Sarvan Nağıyev, peşəkar yanaşması, dəyərli tövsiyyələri, diqqət və qayğısı ilə stolüstü tennis ailəsinin də sevimli üzvünə çevrilib. Azərbaycan Stolüstü Tennis Federasiyası onu yubiley münasibəti ilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və səmərəli fəaliyyətində yeni-yeni uğurlar arzulayır!

26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü 🇦🇿

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 25/06/2026

Stolüstü tennis yarışları başa çatıb

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışlarına yekun vurulub. “Şüa İdman-Sağlamlıq Mərkəzində” keçirilən yarışın nəticələrinə əsasən, oğlanların şəxsi mübarizəsində Əliəkbər Mirzəliyev qalib gəlib. Saleh Hümbətov ikinci, İsgəndər İsgəndərovla Camal Kərim üçüncü yeri tutub.
Qızların yarışı Gülnur Kərimlinin qələbəsi ilə nəticələnib. O, finalda Alina Miradiyevanı məğlub edib. Minəxanım Banluyeva ilə Səidə Qulizadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qoşa mübarizədə Əliəkbər Mirzəliyevlə Camal Kərim baş mükafata layiq görülüb. Saleh Hümbətovla Tunar Hüseynzadə ikinci, Tərxan Şəmizadə - Nihat Mustafayev və Tuncay Hümbətov – Ernest Trofimenko tandemi üçüncü nəticə göstərib.
Qızların qoşa yarışı Gülnur Kərimli ilə Alina Miradiyevanın qələbəsi ilə başa çatıb. Səidə Qulizadə ilə Aylin Şərifli gümüş, Minəxanım Banluyeva – Mehin Nurizadə və Sofiya İlyasova – Səlimə Sultanova cütü bürünc medala layiq görülüb.
Qarışıq qoşa mübarizədə isə Əliəkbər Mirzəliyevlə Səidə Qulizadə fəxri kürsünün 1-ci, Saleh Hümbətovla Alina Miradiyeva ikinci, Ernest Trofimenko ilə Gülnur Kərimli və Camal Kərimlə Aylin Şərifli üçüncü pilləsinə qalxıb.
Mükafatları Elm və təhsil nazirinin müavini Firudin Qurbanovla Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam təqdim edib.
Xatırladaq ki, iyunun 21-də start götürən stolüstü tennis yarışlarında 17 komandanın ümumilikdə 120-yə yaxın üzvü bacarığını göstərib.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 23/06/2026

Stolüstü tennis yarışlarında finalçılar məlumdur

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışları sona yaxınlaşır. “Süa İdman-Sağlamlıq Mərkəzi”ndə təşkil olunan yarışlarda bu gün qoşa və qarışıq qoşa növündə də ilkin mərhələyə yekun vurulub. Maraqlı mübarizənin nəticələrinə əsasən bürünc mükafatçılar və finalçılar müəyyənləşib:
Qızlar: qoşa III yer :
Minəxanım Banluyeva – Mehin Nuruzadə; Sofiya İlyasova – Səlimə Sultanova
Finalçılar:
Səidə Qulizadə - Aylin Şərifli; Gülnur Kərimli –Alina Miradiyeva
Oğlanlar III yer:
Tuncay Hümbətov – Ernest Trofimenko; Tərxan Şəmizadə - Nihad Mustafayev
Finalçılar :
Camal Kərim – Əliəkbər Mirzəliyev; Saleh Hümbətov – Tunar Hüseynzadə
Qarışıq qoşa III yer :
Camal Kərim – Aylin Şərifli; Ernest Trofimenko –Gülnur Kərimli
Finalçılar :
Əliəkbər Mirzəliyev – Səidə Qulizadə; Saleh Hümbətov – Alina Miradiyeva
Qeyd edək ki, final görüşləri iyunun 24-də saat 10:00-,da başlanacaq. Mükafatlandırma mərasimi isə saat 12-00-da start götürəcək.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 22/06/2026

Stolüstü tennis yarışlarında ilk mükafatçılar bilindi

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışları davam edir. Artıq şəxsi növ üzrə finalçılar və bürünc mükafatçılar məlumdur. Nəticələrə əsasən, yarımfinalda uduzan Camal Kərim, İsgəndər İsgəndərov, Səidə Qulizadə və Minəxanım Banluyeva üçuncü olub. Oğlanların yarışında qalibi Əliəkbər Mirzəliyevlə Saleh Hümbətov, qızlarda isə Alina Muradiyeva ilə Gülnur Kərimli müəyyənləşdirəcək. Final görüşləri iyunun 24-də keçiriləcək.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 21/06/2026

Məktəblilərin Respublika Idman Olimpiadasında stolüstü tennis növü üzrə mübarizəyə start verilib. “Şüa İdman-Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışın ilk günündə iştirakçılar şəxsi mübarizədə bacarıqlarını göstərirlər. İyunun 22-də şəxsi və qoşa, 23-də qoşa və qarışıq qoşa növlərində yarışların nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Olimpiadanın qaliblərinin adına isə iyunun 24-də aydınlıq gətiriləcək. Qeyd edək ki, stolüstü tennis yarışlarına ümumilikdə 114 məktəbli qatılıb.

Photos from ASTF Azerbaijan Table Tennis Federation's post 20/06/2026

WTT Youth Contender Tashkent 2026🇺🇿🏓

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku