ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi

ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi Məqsədimiz, Azərbaycan gənclərində qədim türk döyüş mədəniyyətinə maraq yaratmaqdır.

Azərbaycanda ilk dəfə həvəskarlar üçün Ənənəvi Atlı Oxçuluq məşqlərinə start verildi. Ətraflı məlumat üçün açağıdakı əla...
05/06/2026

Azərbaycanda ilk dəfə həvəskarlar üçün Ənənəvi Atlı Oxçuluq məşqlərinə start verildi.
Ətraflı məlumat üçün açağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiz:
Mob: 051 270 89 70
İnstagram:

Tarixi və mədəni irsə bağlılıq:
Atlı oxçuluq Türk döyüş ənənələri kimi böyük bir irsin davamıdır. Bu sənəti öyrənmək köklərə qayıdış və kimlik hissinin güclənməsidir.

Atlı oxçuluq sadəcə bir idman deyil — bu, bədən, zehin və ruhun harmoniyasını yaradan qədim döyüş sənətidir.

• Döyüş instinkti və reaksiya qabiliyyəti:
Bu sənət real döyüş mexanikasını hiss etməyə imkan verir — məsafə, zamanlama və sürətli qərarvermə inkişaf edir.

• Tam bədən inkişafı
At üzərində balans saxlamaq və eyni zamanda hədəfi vurmaq bütün əzələ qruplarını aktivləşdirir. Xüsusilə bel, ayaq və nüvə (core) əzələləri güclənir.

• Refleks və koordinasiya
Sürətdə qərar vermək, hədəfi izləmək və atla sinxron hərəkət etmək refleksləri maksimum səviyyədə inkişaf etdirir.

• Diqqət və zehni fokus
Atlı oxçu üçün bir anlıq diqqət itkisi belə hədəfdən yayınmağa səbəb olur. Bu məşqlər zehni intizam və konsentrasiyanı kəskin şəkildə artırır.

• Özünə inam və liderlik hissi
At üzərində idarəetmə və dəqiqlik bacarığı insanda güclü özünəinam və məsuliyyət hissi formalaşdırır.

• Stressin azalması
Təbiətdə, atla ünsiyyət və fiziki fəaliyyət insanın psixoloji vəziyyətini stabilləşdirir, stres və gərginliyi azaldır.

11/05/2026

Azerbaijan Stuntmen Guild .az and
Fight Choreographer:
Action actors and stuntmen: .tahirli
Camera and editing:

V əsrə aid bürünc plaketdə türk süvarisi təsvir olunmuşdur. Süvari zəncirvari zireh geyinir və qılıncla silahlanmışdır (...
18/04/2026

V əsrə aid bürünc plaketdə türk süvarisi təsvir olunmuşdur. Süvari zəncirvari zireh geyinir və qılıncla silahlanmışdır (Hyu Kennedinin araşdırmalarına əsasən).

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı .Zənburəkçilər dəstəsi Nadir şahın...
31/01/2026

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı .
Zənburəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi onların əhəmiyyətini xeyli artırırdı. Zənburəklərin silahlanmaya qəbul edilməsi də səfəvilər dövrünə aiddir. Tədqiqatçıların qənaətinə görə, hələ Şah Abbas dövründə bu toplardan istifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. Amma səfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdırmaq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburəklərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyini təsdiqlədi . Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları formalaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının formalaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.
Qısa xüsusiyyətləri
• Daşıyıcı: Dəvə
• Silah növü: Kiçik kalibrli, dönən lüləli (swivel gun tipli) yüngül top
• Heyət: Adətən 1–2 nəfər
• Taktiki üstünlük:
• Sürətli hərəkət və qəfil hücum
• Atəşdən sonra tez mövqe dəyişmək
• Süvari və piyada dəstələrinə psixoloji və taktiki təsir.

Jokey Əli Tağıyevin taleyi Əsgərliyini çəkib Bakıya qayıdan Əli cıdırda qələbələrdən doymur. Ömrü at üstündə keçən cəsur...
25/01/2026

Jokey Əli Tağıyevin taleyi

Əsgərliyini çəkib Bakıya qayıdan Əli cıdırda qələbələrdən doymur. Ömrü at üstündə keçən cəsur kişinin 1500-dən çox qələbəsi olub. Azərbaycan ümumittifaq yarışlarında 50-ə yaxın qələbə qazanır. Onun 40-ı Əlinin payına düşür.

Şıxəli Qurbanovun təşəbbüsü ilə 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramı keçirilir və ilk dəfə bayram məşəlini İçərişəhərdə at belində alovlandıran da Əli olur.

2005-ci ilə - rəhmətə gedənə qədər at ustası kimi fəaliyyətini davam etdirir Əli Tağıyev...

Zaman 50-ci illərdə Avropanı necə fəth etmişdisə, 2012-ci ildə kraliçanın hakimiyyətə gəlməsinin 60 illiyi münasibətilə Əli kişinin nəvələrini Londona dəvət edirlər.

Ruslara dərs verən qoca

1989-cu ildə 59 yaşlı Əli kişi Konfet adlı atı ilə Gürcüstana yarışa yollanır.

Bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da hamı onun hörmətini saxlayır.

Yarış başlamamışdan qabaq Rusiyanın ən güclü jokeylərindən biri, Konfeti göstərib deyir ki, bunu kim minəcək?

Qıraqda var-gəl edən Əli kişini göstərirlər.

Rus özünü saxlaya bilmir, gülür və deyir:

- Bu qocamı?

Əli kişi eyhamı başa düşür və bir azdan qonağa yaxınlaşır:

- Familiyan nədi sənin?

- Varona (qarğa - red.).

- Mən səni Varabeyə (sərçə - red.) döndərim, sən də bax.

Elə həmin yarışı da yaşı 60-ı haqlamış Əli Tağıyev udur və ruslara unutmayacaqları bir dərs verir.

Bu il Əli Tağıyevin 85 illiyi ilə bağlı yubiley yarışı olacaq. “Pulemyot”, “Timur”, “Konfet”, “Səməndər” kimi məşhur atlar yetişdirmiş Əli Tağıyevi - o usta jokeyi ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.

“Təbrizdə qurd-qovdu oyunu” (təxminən 1595–1600), rəssam Banavari tərəfindən çəkilmiş və hazırda Klivelend İncəsənət Muz...
18/01/2026

“Təbrizdə qurd-qovdu oyunu” (təxminən 1595–1600), rəssam Banavari tərəfindən çəkilmiş və hazırda Klivelend İncəsənət Muzeyində saxlanılan Moğol miniatürüdür.
Oyunun qaydaları belə idi:
Qurd yaxud qurdlar meydana buraxılırdı və onları at belində olan şəxslər izləməli, diri tutmalı idi. Bu mümkün olmadıqda isə öldürə də bilərdi. Lakin mahiyyət burda qurdu öldürmək və tutmaq deyil idi. Məlumdur ki, qurd digər ovlanan heyvanlardan fərqli olaraq asan təslim olan və küncə sıxılan zaman həyatı ilə asan barışan heyvan deyil, küncə sıxıldıqda geri hücum edən yırtıcıdır. Məhz bu zaman onu ovlamaq istəyən şəxsin cəsarəti ortaya çıxmalı idi. Qurd geri hücum edəndə onunla təkbətək savaşmaq gücünü göstərə bilsin. Bu zaman isə mütləq onda “qurd instinkti” (strateji düşüncə) inkişaf etməli idi. Ovçu qurd kimi düşünməli, çıxış yolu tapmalı və təslim olmamalı idi. Həmçinin yarış zamanı yaranan tozu duman zamanı görmə qabiliyyətinin məhdud olduğu yerdə instinktləri ilə hərəkət etməyi göstərməli idi. Bu zaman məhz qurdu qovan daxilindəki qorxunu məğlub edib, onun qədər sürətli və qəddar ola biləcəyini təsdiqləyirdi. Bu ov zamanı ən peşəkarlar qurda elə yaxınlaşmalı idi ki, onun quyruğuna toxuna bilsin və kəməndlə onu tuta bilsin. Əsas şərt də burda idi, o, atı cilovla deyil, əsasən dizləri və bədən çəkisi ilə idarə etməli idi. Qurd manevr edəndə, o, bədənin ağırlığı ilə adı döndərməli idi. Peşəkar olmayan isə qurdun qəfil manevrinə aldanıb atdan yıxılırdı və o, oyundan çıxarılırdı. Bu ov oyunu bəzən saatlarla davam edir və iştirakçılardan yüksək dözümlülük tələb edirdi. Bu idmanda qalib gəlmək “ən güclü yırtıcıdan daha üstün olmaq” mesajını verirdi.

Prof.Dr. Zaur Aliyev

Filmlər bədii-sənədli olduğu halda, həmçinin döyüş xoreoqrafiyasında da öz əksini tapmalıdır. Yəni həm sinematik olmalıd...
07/01/2026

Filmlər bədii-sənədli olduğu halda, həmçinin döyüş xoreoqrafiyasında da öz əksini tapmalıdır. Yəni həm sinematik olmalıdır, həm də real.
Çox vaxt bəziləri filmlərdə sadə texnikalardan istifadə etdikdə, elə bilirlər reallığı əks etdirirlər. Əslində isə, bu özü də reallıqdan uzaqdır. Qılınc-qılınc oynamaq və banal döyüşmək reallığı əks etdirmir. Əksinə “loxların” döyüşü yaranır.
Reallığı əks etdirmək, sinematik döyüş xoreoqrafiyasını qurmaq qədər çətindir.

Lakin, çox vax yaradıcı heyət buna hazır olmur. Ona hazır olmaq üçün, işin döyüş xoreoqrafına həvalə olunmasından əlavə, yaradıcı heyət özü də xoreoqraf ilə bərabər hazırlaşmalı, incəlikləri öyrənməli, texnikaların nəzəriyyəsini mənimsəməli və s. zəruri məsələlər üçün geniş vaxt ayırmalıdır. Bu isə iki məsələnin həllindən asılıdır: 1. Şedevr yaratmaq üçün həvəsləri olmalıdır. 2. Həvəslərinə stimul vermək üçün tələb olunan vəsait ayrılmalı və vaxtı-vaxtında verilməlidir.

P.S. Dediklərim Azərbaycana aid deyil. Heç vaxt belə olmayıb, olan da deyil.

P.S. Aylarla heç güzəştli qonorarları almaq olmur, qaldı ki, inkişafdan danışaq.

08/10/2025

08/10/2025

Address

Nəcəf Nərimanov 14
Baku
1106

Telephone

+994775050590

Website

Alerts

Be the first to know and let us send you an email when ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ALP ƏRƏN - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzi:

Shortcuts

Share

Category