02/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Atıcılıq Mərkəzinə ekskursiya təşkil olunub.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Oxford Məktəbinin şagirdləri Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş ekskursiyada iştirak ediblər. Bu əlamətdar gün münasibətilə keçirilən tədbirin məqsədi şagirdləri atıcılıq idman növü ilə yaxından tanış etmək, onlarda idmana marağı artırmaq və töhfə vermək olub.
Ekskursiya zamanı şagirdlər Bakı Atıcılıq Mərkəzinin fəaliyyəti, burada mövcud olan atış meydançaları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat əldə ediblər. Daha sonra onlar peşəkar mütəxəssislərin nəzarəti altında 10 metr məsafədə pnevmatik tapançadan atışlar həyata keçirib, həmçinin stend atıcılığı üzrə tüfəng atışlarında iştirak ediblər.