MMA Azerbaijan

MMA Azerbaijan

Share

Azərbaycanın ən böyük MMA media platforması. The largest MMA media platform in Azerbaijan

01/09/2026

🇦🇿 Məhəmmədəli Osmanlı : "İnşaallah kəməri Azərbaycana gətirəcəm. İlimbek problem deyil, onu keçəcəm. Vallah qıraqdan mən p*s, eqoist, Allahsız insan kimi görsənirəm amma elə deyil. Ürəyi təmiz və Allaha baǧlı insanam. Əsl əclaf İlimbekdir, siz onu tanımırsız və görmürsüz. Əvvəl mənimlə yaxşı münasibət qururdu, gördü ki nəticə verirəm, çıxıram yarımfınala, başladı xoruzlanmaǧa. Məşqdə məni zədələmək istəyirdi, ona görə də şilləni haqq etdi. Adamı hətta şahmatda məǧlub edirdim, qəbullana bilmirdi. Çox paxıl, qorxaq və içi qurdlu insandır. Bu axmaq ABŞ-a gec gəlib, iqlimə öyrəşə bilməyəcək. Mən 3 aydır burdayam, hazırlaşıram.

Veqasda hamı məni tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər. Xoş hissdir. Qırǧızı keçəcəm, o heç. Əsas kəmərdir. Demirəm əjdahayam, məni də məǧlub etmək olar. Hamımız insanıq, hər kəs məǧlub olub. İslam, Topuria, Konor, hər kəs. Hətta UFC Həbibə bir döyüşü hədiyyə vermişdi, o da əslində məǧlub olmuşdu. Həbibin elə həvəskarda da məǧlubiyyəti olub. Məǧlub olmaq bu idmanın bir hissəsidir. Mən özümə inanıram və hərtərəfli üzərimdə çalışıram.

Merab saǧ olsun, gəldi kömək etdi. Onunla məşq edirik. Həqiqətən kardio maşındır. Mənim kardio vəziyyətim əladır amma ona çatdırmak mümkün deyil. Yəqin ki qenetikadır. Əvvəl Merab-dan zəhləm gedirdi, heç onu belə tanımırdım. Merab çox gözəl insandır. İndi Asəfdə Pyotr ilə hazırlaşır. Bu mövzuda Asəflə o gədər deyib gülmüşük😃.

Ümumiyyətlə həmin "TUF" şousunda ancaq qızların məndən xoşu gəlirdi. Oǧlanlarla sonradan aramız düzəldi, sanki paxıllıq var. Qıraqdan şeytan kimi görsənirəm, elə deyil. İş olaraq yanaşıram. Misal üçün digər döyüşçülər döyüş qabaǧı ailəsi ilə, sevqilisi ilə danışanda aǧlayırdılar. Bu düzgün deyil. Döyüş qabaǧı valideynlərlə danışmaq olmaz. Kövrələ bilərsən və mental zəifləyəcəksən. Mən heç vaxt döyüş qabaǧı danışmıram. Danışsam belə aǧlamaram, çünki bu mənim işimdir. Xoşbəxtəm. MMA-nın ən əsas hissəsi beyindir, psixoloji durumdur. Güclü olmalısan, soyuqqanlı qalmalısan. İstəsəm, güləşçi məni yerə apara bilməz. Əla da müdafiə olunuram. Özüm istəyirəm yerə gedək, çünki çəkinmirəm. Qreplinqimə tam əminəm, həyəcan keçirmirəm, soyuqqanlıyam. Düzgün qeymplanla çıxıram, güləşçini yoruram və qazanıram. Güləşən həmişə yorulur. İnanın əksər döyüşçülər mənim auramdan qorxur. Söz deyirlər, amma üz üzə gələndə o enerjini hiss edirlər. Artıq döyüşə məǧlub çıxırlar, çünki qorxu hissinə görə tam performans göstərmək olmur".

01/09/2026

Həmyerlimiz Fərman Həsənovun🇦🇿 (MMA 5-0) UFC dəki növbəti rəqibi bəlli olub. Fərmanın rəqibi amerikalı Jean Paul Lebosnoyani🇺🇸 (MMA 11-2) olacaq .
Qarşılaşma 31 oktyabr 2026-da Las-Veqasda, UFC Vegas 123 turnirində baş tutacaq .

31/08/2026

🇦🇿 Məhəmmədəli Osmanlı : "Mənim pərəstiş etdiyim Konor Makqreqor fərqli idi. İçkidən uzaq duran, şan şöhrətdən qabaq olan Konor Makqreqora pərəstiş edirəm mən. Aldo-nu 13 saniyəyə nokaut edən, ac, motivasıyalı, baxımlı, praym Konor Makqreqor-dan söhbət gedir. Sözünün üstündə duran, yolun əvvəlində olan Konor Makqreqoru nəzərdə tuturam. Mən elə olmaǧa çalışıram. Dissiplinli və dəyişməyən Konor Makqreqor olacam".

30/08/2026

🇦🇿 Məhəmmədəli Osmanlı : "Dəfələrlə demişəm, döyüş zamanı mənə heç kim məşqçilik edə bilməz. Məşqçilərə qulaq asmıram. Bispinq küncdən dedi ki, onu burax, sabmişnı axıra gədər etmə. Buraxsaydım, p*s olacaqdı, çünki bərkitmişdim, güc itirdim. Qulaq asmadım və düz etdim, çünki rəqib söndü. Məşqçi küncdən sənə tapşırıq verə bilməz, çünki o sənin vəziyyətini hiss etmir. Oktaqonda döyüşən mənəm və özümü, bədənimi tanıyıram, güvənirəm. Məsələ bax budur. Mən sabmişnlar və dözümlülük üzərində çox işləyirəm. Kormye düşündü ki, ayaqlarım yorulacaq amma elə deyil. Hazırlıqlı və soyuqqanlı oluram. Güləşçi səni yerə aparanda, həyəcan keçirməməlisən, sakit qalmalısan. Bu idmana çox tez başlamışam və ona görə 28-29 yaşımda bitirəcəm. UFC-də 3 kəmər götürmək məqsədim var".

29/08/2026

😢 Usman Nurmaqomedov qardaşının nokaut olunmaǧına inana bilmir...

Bəli, bu aǧır idmandır və heç kim məǧlubiyyətdən sıǧortalanmayıb.

29/08/2026

⚡️Khabib və Usman Nurmagomedov, Umarın nokaut olunmağını monitordan izləyir.

29/08/2026

🔥SON DƏQİQƏ

🇨🇳 Sonq Yadonq 2-ci raundda Umar Nurmaqomedov'u nokaut etdi😱

Xatırladaq ki, Umar döyüşdən qabaq ona balon demişdi. Bütün Çin ayaqda🥶

Həbib və Usman şokda!

28/08/2026

🇷🇺 Usman Nurmaqomedov : "UFC döyüşçüləri çox şişirdilir, oranın sadəcə güclü PR maşını, reklamı var. Top 10-a baxıram, hamı bir birinə məǧlub olur və yənə top sırada qalır. Misal üçün Benua Ruffini udur, sonra Dastinə, Moykano-ya, Peddi-yə məǧlub olur. Peddi 37 yaşlı veterana məǧlub olur amma top 5-də qalır. İlia çox danışırdı, stula oturdu və tabe oldu. Arman Qamrot və İslama məǧlub olub, oturur, ildə 1 dəfə döyüş keçirir və deyir ki ən yaxşı döyüşçüyəm. Arman 2 döyüş keçirəndə, mən ilə 4 kəmər müdafiəsi etdim. Orda yeganə baxımlı, hərtərəfli və güclü döyüşçü Quillan Salkilld, hansı ki həm güləşir, həm vuruşur və hər kəsi 1 raunda bitirir. Qalanları stabil deyil".

27/08/2026

🇹🇷 Arman Tsarukyan Türkiyənin İstanbul şəhərinə ziyarətini belə şərh edib💬

"İstanbula 2-ci səfərimdir. Adam qayıtmaq istəmir, amma məcburam çünki məşq kampındayam. Camaat burdan Bodruma kef etməyə gedir, mən isə evə qayıdıram".

27/08/2026

🔥Rəsmi açıqlandı!

The Ultimate Fighter-in 34-cü buraxılışının finalı 🇦🇿MəhəmmədƏli Osmanlı və qırğız döyüşçü Ilimbek Akylbek Uulu olacaq.

Doyüş 26 Sentyabr Las Vegas-da baş tutacaq.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku