Yoga Hatha

Yoga Hatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoga Hatha, Yoga studio, Məhəmməd Araz küçəsi, Baku.

Yoga dərsləri 🧘🏻‍♀️✨Dərslərimiz sentyabr ayının ikinci həftəsindən başlayır. 🤍Amma bu dəfə hər şey bir az fərqli olacaq ...
12/08/2026

Yoga dərsləri 🧘🏻‍♀️✨

Dərslərimiz sentyabr ayının ikinci həftəsindən başlayır. 🤍

Amma bu dəfə hər şey bir az fərqli olacaq — tamamilə yeni formatda, yeni məkanda və yenilənmiş enerjiylə! ✨

Yenilənmiş yoga müəlliminizlə qaldığımız yerdən daha gözəl şəkildə davam edəcəyik. 🫶🏻

Qayıdan kimi sizi yenə ruhunuza yaxşı gələcək, gözəl enerjili bir tədbirlə sevindirəcəyəm. 🌿✨

Çox darıxmışam, görüşümüzü səbirsizliklə gözləyirə

Artıq ənənəyə çevrilən bu gözəl gün yenidən gəlir. ☀️Bu il artıq 4-cü ildir ki, birlikdə 72 dəfə Surya Namaskar edərək G...
04/07/2026

Artıq ənənəyə çevrilən bu gözəl gün yenidən gəlir. ☀️

Bu il artıq 4-cü ildir ki, birlikdə 72 dəfə Surya Namaskar edərək Günəşi salamlayacağıq.

Hər hərəkət yeni bir nəfəs, hər dövrə isə güc, minnətdarlıq və yenilənmə deməkdir. Gəlin bu gözəl ənənəni birlikdə davam etdirək, bədənimizi oyadaq, zehnimizi sakitləşdirək və günə yüksək enerji ilə başlayaq.

Səni də bu xüsusi təcrübənin bir parçası olmağa dəvət edirik. 🌿🙏

12.07.2026🕉
Saat 04:00🕉
MƏKAN - Nardaran
GÖRÜŞ YERİ GƏNCLİK✨

SEANS ÖDƏNİŞLİDİR- 45 AZN ❗️

Yerlər məhdud saydadır🕉

Əlaqə üçün mənə zəng edə və ya yaza bilərsiz. +994519077335

Keçdiyim bütün dərslərin həyatımda özəl yeri var. Amma  Four Seasons Hotel Baku -da keçirdiyim dərslərin yeri tamam fər...
24/06/2026

Keçdiyim bütün dərslərin həyatımda özəl yeri var. Amma Four Seasons Hotel Baku -da keçirdiyim dərslərin yeri tamam fərqlidir.
Bu isə ilin ən gözəl tədbirlərindən biri idi. 💛

Rosso di Sera❤️‍🔥 Bu məkanın bir ruhu var.
18/06/2026

Rosso di Sera❤️‍🔥

Bu məkanın bir ruhu var.

Instagram-da məqsədim sadəcə paylaşmaq deyil, insanlara xoş hisslər, ümid və işıq ötürməkdir. Ən azından mən bunu ürəkdə...
05/05/2026

Instagram-da məqsədim sadəcə paylaşmaq deyil, insanlara xoş hisslər, ümid və işıq ötürməkdir. Ən azından mən bunu ürəkdən etməyə çalışıram.

Hər kəs kimi, mənim də bəzən “bu sondur” dediyim anlarım olub. Hətta çox çətin anlarım olub desəm, daha doğru olar. Sadəcə, hər şeyi anlayaraq və sakit şəkildə qəbul etmişəm. Amma nə yalan deyim, çox çətin idi… 0-dan ayağa qalxmaq… ehh…

Amma mən həmişə dünyanın gözəlliyinə inanmışam. Çətinin içindən gözələ keçdiyimi dərk etmişəm. Və indi çox, amma çox şükür edirəm — o gözəlliyin içindəyəm.

Ən önəmlisi isə, heç vaxt özümü tək hiss etməmişəm. “Tələbə” dediyim insanlar dost, rəfiqə oldular. “Yad” dediyim insanların hamısı mənə doğma oldu.

Bu şəkilə baxanda hiss etdim ki, Günel artıq həyatının ən gözəl mərhələsindədir 🥹

Allaha təşəkkür edirəm. Ailəmə təşəkkür edirəm. Sevdiyim insana təşəkkür edirəm.
“Tələbələrim” dediyim dostlarım — sizlərə, mənə doğma olan sizlərə təşəkkür edirəm 🤍

Bir dəfəlik, xüsusi Sadhu təlimi 🧘‍♀️🔥Qrup şəklində keçiriləcək bu dərin prosesdəöz sadhu enerjinlə şəfalanacaq vəbaşqal...
13/04/2026

Bir dəfəlik, xüsusi Sadhu təlimi 🧘‍♀️🔥

Qrup şəklində keçiriləcək bu dərin prosesdə
öz sadhu enerjinlə şəfalanacaq və
başqalarına da bu şəfanı ötürməyi öyrənəcəksən.

Artıq bu terapiya üçün kiməsə ehtiyac yoxdur — güc sənin içindədir.

Özün et.
Özünü dinlə.
Özünlə qal. 🤍

Təlim 2–3 saat davam edəcək.
Sonda isə bu yolun ilk addımını təsdiqləyən sertifikat təqdim olunacaq.

⚠️ Yalnız bir dəfə keçiriləcək.

İspaniya… həyatımın dəyişdiyi yer 🇪🇸✨Artıq buranı sadəcə xatirə kimi yox, hiss kimi daşıyacağam.Həyatımda bir an oldu… h...
02/04/2026

İspaniya… həyatımın dəyişdiyi yer 🇪🇸✨
Artıq buranı sadəcə xatirə kimi yox, hiss kimi daşıyacağam.

Həyatımda bir an oldu… hər şey sakit idi, amma içimdə böyük bir ‘hə’ səsləndi. 🤍

10/06/2025

🧘‍♀️ Lavanda Yoga Turu 💜
📅 14–15 İyun
📍 Təbiətin qoynunda, lavanda tarlalarının sehrli gözəlliyi içində ruhunu dinlə!

2 günlük bu xüsusi yoga turunda:
✨ Sakitlik və rahatlıq tapacaq,
🌿 Təbiətlə dərin bağ quracaq,
💜 Lavanda tarlalarının enerjisini hiss edəcəksən!

🏨 Qəbələ Garden Oteldə qalacaq,
🌄 Səhər yoga və meditasiya ilə günə başlayacaq,
🦶 Sadhu terapiyası ilə bədəni və zehni təmizləyəcək,
🎉 Axşam isə möhtəşəm Gala gecəsi ilə ruhumuzu bayram edəcəyik!

💸 Qiymət: 195 AZN
💼 Qiymətə daxildir:
✅ Transfer
✅ Gecələmə
✅ Səhər yeməyi
✅ Yoga və meditasiya praktikaları
✅ Sadhu terapiyası
✅ Lavanda tarlalarına səfər

📌 Yer sayı məhduddur!
Qeydiyyat və ətraflı məlumat üçün DM 📩 yaz!

Keçmişdə və ya gələcəkdə deyil bu gündə yaşamaq üçün daxilinizə səyahət etmək  və özünüzü yenidən kəşf etmək istəyirsəns...
02/12/2022

Keçmişdə və ya gələcəkdə deyil bu gündə yaşamaq üçün daxilinizə səyahət etmək və özünüzü yenidən kəşf etmək istəyirsənsə o zaman "Niyyət ritualı və Sadxu terapiyasına" sən də qoşul✨

Proqrama nələr daxildir:
• 𝐘𝐨𝐠𝐚 ilə məşğul olaraq dünya ilə əlaqələrimizi kəsib, fərqli baxış açılarından baxıb bədəninizi rahatladacaq;
• 𝐒𝐚𝐝𝐱𝐮 𝐭𝐞𝐫𝐚𝐩𝐢𝐲𝐚 zamanı yaşadığınız hadisələrdə basdırdığınız hissləri üzə çıxaracaq;
• 𝐌𝐞𝐝𝐢𝐭𝐚𝐬𝐢𝐲𝐚 ilə düşüncələrinizi şifalandıracaq;
• 𝐍𝐢𝐲𝐲ə𝐭 𝐫𝐢𝐭𝐮𝐚𝐥ı ilə arzularınıza bir addım da yaxın olacaqsınız 🤗🙏🏻

Tarix: 11.12.2022
Saat: 18:00 da

SEANS ÖDƏNİŞLİDİR- 50AZN ❗️

Yerlər məhdud saydadır🕉

Əlaqə üçün mənə zəng edə və ya yaza bilərsiz. +994519077335

Ünvan: Xətai metrosunun yaxınlığında
Yerlərimiz məhduddur. Fərqində olmaq istəyirsinizsə, biz burdayıq 🥰



#йогабаку #медитация #йогадляначинающих

Sumqayıtda yaşayan izləyicilərimizə çox gözəl bir xəbərimiz var! 📣27 Noyabr tarixində, bazar günü sizlər ilə Sumqayıtda ...
22/11/2022

Sumqayıtda yaşayan izləyicilərimizə çox gözəl bir xəbərimiz var! 📣

27 Noyabr tarixində, bazar günü sizlər ilə Sumqayıtda görüşürük! 🕉️
Görüşümüz həm yoqa praktikasından, həm də Sadkhu terapiyasından ibarət olacaq. Yoqa praktikasını Sadkhu terapiyası ilə birləşdirdikdə alınan nəticələr və yaşanan duyğular inanılmaz olur. 💫💫
Sizlər ilə görüşmək üçün çox səbirsizlənirəm. Hər biriniz dəvətlisiniz! 🤗

27.11.2022 🕉
Saat 16:00 🕉
MƏKAN - Sumgayıt, Corat qəsəbəsi, Mehrab Niftəliyev küçəsi. 7A (süfrə şirniyyat evi ilə üzbəüz İstikbal mebelin arxası)
🕉

GİRİŞ ÖDƏNİŞLİDİR- 60 AZN ❗️

Əlaqə üçün mənə zəng edə və ya yaza bilərsiz. +994519077335

Address

Məhəmməd Araz Küçəsi
Baku

Telephone

+994519077335

Website

Alerts

Be the first to know and let us send you an email when Yoga Hatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category