02/08/2026
29-31 iyul 2026-cı il tarixlərində cüdo uzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçirilib. Respublika Kompleks İdman Məktəbinin idmançıları yarışda iştirak edərək 83 klub və idman məktəbləri arasında U-17 liqa yarışının III turunda, qızlar arasında I yer və ümumi (3 qızıl, 2 gümüş, 1 bürünc) medal sayına görə II yeri əldə etmişdir.
1 Fərmanzadə Fatimə Elvin qızı - 48 kq - I yer
2 Ağamirzəzadə Nərmin İlqar qızı - 52 kq - I yer
3 Əliyeva Zümrüd Fərux qızı - 70 kq - I yer
4 Nağıyev Aqil Nağı oğlu - 55 kq - II yer
5 Hüseynova Gilas Ruhin qızı - 48 kq - II yer
6 Hüseynov Yusif Eldəniz oğlu - 66 kq - III yer