Judo Club 2012

Judo Club 2012

Share

Judo club 2012

Photos from Judo Club 2012's post 31/08/2026

“Judo Club 2012” klubunun yetirməsi beynəlxalq turnirin qalibi oldu!
Polşanın Krakov şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

U-18 yaş kateqoriyasında mübarizə aparan Azərbaycan komandası turnirdə 7 (3 qızıl, 2 gümüş, 2 bürünc medal) qazanıb. Mükafatçılar sırasında “Judo Club 2012” klubunun yetirməsi Ömər Atayev (-81 kq) də yer alıb. Klubun perspektivli idmançısı bütün rəqiblərinə qalib gələrək fəxri küsünün ən yüksək pilləsinə qalxıb.🥋👏

📌Qeyd edək ki, Azərbaycan komandası bu nəticə ilə ümumi komanda hesabında birinci yeri tutub.

Photos from Judo Club 2012's post 26/08/2026

“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında!🥋

Türkiyənin Ankara şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib. Çankırı vilayətində təşkil olunan yarışda 14 ölkədən 1700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.
Beynəlxalq turnirdə Azərbaycan komandasının heyatində “Judo Club 2012”nin yetirmələri də iştirak ediblər.
Klubun baş məşqçisi İmran İmanovun rəhbərliyi altında tatamiyə çıxan cüdoçularımız uğurlu nəticə ilə yadda qalıblar.
Belə ki, İsmayıl Rüstəmli (-38 kq) və Gövhər Hüseynova (-48 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb. 🏆🥇👏

📌Qeyd edək ki, hər iki cüdoçu “Judo Club 2012”nin baş məşqçisi İmran İmanovun yetirməsidir.

Photos from Judo Club 2012's post 18/08/2026

“Judo Club 2012”nin üzvü İspaniyada qızıl medal qazanıb!

“Judo Club 2012”nin yetirməsi Murad Fətiyev İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində təşkil olunan Super Kubokda uğurlu çıxış edib.

Turnirdə fərqli çəkidə( -100 kq) mübarizə aparan klubumuzun təcrübəli idmançısı bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.🥇🏆🏅

Yarışda, həmçinin Azərbaycan millisinin digər üzvü Zelim Tçkayev (-90 kq) də uğurla çıxış edərək qızıl medala layiq görülüb. 🥇

📌Qeyd edək ki, Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışına avqustun 22-də yekun vurulacaq.

12/08/2026

Gələcəyin çempionları burada yetişir!
Övladınızın güclü, intizamlı və özünəgüvənli böyüməsini istəyirsinizsə, cüdo məşqlərinə dəvət edirik.☺️

Здесь воспитываются чемпионы будущего!
Если вы хотите, чтобы ваш ребенок рос сильным, дисциплинированным и уверенным в себе, мы приглашаем вас на тренировки по дзюдо.☺️

📍Bakı ş., Şixəli Qurbanov küç. 6/10 (Nizami m/st,XİN yaxınlığı)

📞 (+994 12) 595 02 70
📞(+994 12) 595 02 72
Wp (+994 50) 990 02 72

06/08/2026

“Judo Club 2012” ailəsinə ağır itki!

“Judo Club 2012” ailəsi kədərli xəbər alıb. Klubumuzun üzvü, Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoyevin ailəsinə ağır itki üz verib.

Zelim Kotsoyevin atası Oleq Kotsoyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Klubun təsisçisi Azər Əsgərov və “Judo Club 2012”nin kollektivi Zelim Kotsoyevə, onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Photos from Judo Club 2012's post 31/07/2026

“Judo Club 2012”nin yetirmələri mükafatçılar sırasında!

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının sonuncu - üçüncü turuna yekun vurulub.

İyulun 29-dan 31-dək Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə 83 klub və idman cəmiyyətindən 548 cüdoçu (433 oğlan, 115 qız) iştirak edib.

“Judo Club 2012”nin yeniyetmələri yarışda uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıblar.

Klubun yetirmələrindən Ayan Həsənli (-44 kq) və Rəsul Qasımov (-73 kq) bütün rəqibləri üzərində möhtəşəm qələbə qazanaraq qızıl medala layiq görülüb.

“Judo Club 2012”nin digər üzvlərindən Aysu Quliyeva (+70 kq) ikinci, Ömər Atayev (-81 kq) isə üçüncü yeri tutub.👏

Photos from Judo Club 2012's post 28/07/2026

“Judo Club 2012”nin yetirməsi beynəlxalq turnirdə qızıl medal qazandı!

“Judo Club 2012” klubunun cüdoçusu Ayan Həsənli Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Cüdo Ümidləri Turnirində qızıl medal qazanıb.👏

U-16 yaş qrupunda çıxış edən klubun istedadlı idmançısı
( -48 kq )çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

📌Qeyd edək ki, iyulun 25-26-da Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ölkədən 81 klubun 289 (245 oğlan, 44 qız) yeniyetmə cüdoçusu qüvvəsini sınayıb.

U-14 və U-16 yaş kateqoriyalarında keçirilən yarış Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir.

Photos from Judo Club 2012's post 18/07/2026

“Judo Club 2012” 8 medalla birinci oldu!👏

İyulun 17-də Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında cüdo üzrə Liqa yarışlarının sonuncu-üçüncü turu keçirilib.

Yarışda 42 klub və idman cəmiyyətini təmsil edən 188 cüdoçu 7 çəki dərəcəsində mübarizə aparıb.

Baş məşqçi İmran İmanovun rəhbərliyi altında uğurlu çıxışını davam etdirən “Judo Club 2012” bu mərhələdə də yüksək nəticə göstərərək turniri 3 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medalla başa vurub.👏

Qızıl medalları Murad Muradlı (-60 kq), Hüseyn Allahyarov (-66 kq) və Süleyman Əliyev (-81 kq) qazanıblar. Tunar Fərzəliyev (-100 kq) gümüş medala sahib olub. Bürünc medallara isə Nazir Talıbov (-66 kq), İbrahim Əliyev (-73 kq), Emil Həşimov (-100 kq) və Qurban Məmmədli (+100 kq) layiq görülüblər.

Yarışı 8 medalla tamamlayan “Judo Club 2012” ümumi komanda hesabında birinci yeri tutub. Cüdoçularımız bununla da Liqa yarışlarının hər üç turunda komanda hesabında lider olaraq mühüm reytinq xalları qazanıblar.

Klubun uğurlarında Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun idmançılara göstərdiyi davamlı diqqət və qayğı, onların hazırlığı üçün yaradılan müasir məşq şəraiti mühüm rol oynayıb.

Qazanılan nəticələrdə, həmçinin klubun direktoru Fariz Mehdiyevin, baş məşqçi İmran İmanovun və məşqçilər heyətinin əməyi də xüsusi qeyd olunmalıdır. İdmançıların fiziki, texniki və taktiki hazırlığının peşəkar səviyyədə qurulması və yarışlara məqsədyönlü hazırlıq komandanın uğurlarını şərtləndirən əsas amillərdən olub.

📌Qeyd edək ki, kişilər arasında Liqa yarışının üçüncü turu mövsümün son mərhələsi olub. Yekun nəticələrə əsasən cüdoçuların reytinq siyahısı formalaşdırılacaq.

Photos from Judo Club 2012's post 16/07/2026

“Judo Club 2012”nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər!

Mingəçevirdə keçirilən U-14 və U-17 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə cüdo region birinciliyi “Judo Club 2012”nin bölgə təmsilçiləri üçün uğurlu nəticələrlə yadda qalıb.
Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda klubun idmançıları 1 qızıl və 3 gümüş medal qazanıblar.👏
U-17 yaş kateqoriyasında klubun Sabirabad filialının yetirməsi Arif Qədirov (+90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
“Judo Club 2012 Sabirabad”ın digər təmsilçilərindən Zəhra Məmmədli (-48 kq) və Amin Əlizadə (-55 kq) isə çıxışını gümüş medalla başa vurub.🥈

U-14 yaş kateqoriyasında isə Leyla Tağızadə (44 kq, “Judo Club 2012 Saatlı”) gümüş medala sahib olub.🥈

📌Qeyd edək ki, yarışın əsas məqsədi yeniyetmə cüdoçu bazasının formalaşdırılması, ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıların müəyyənləşdirilməsi, eləcə də milli komandaya seçim üçün reytinq xallarının əldə olunmasından ibarət olub.

Xatırladaq ki, bu ildən etibarən “Judo Club 2012”nin paytaxtla yanaşı, Sabirabad və Saatlı filialları da fəaliyyət göstərir. Sabirabad filialında idmançıların hazırlığı məşqçi İsmayıl Mehralıyev, Saatlı filialında isə məşqçi Əli Sadıqlının rəhbərliyi altında həyata keçirilir.

Photos from Judo Club 2012's post 14/07/2026

Sağlam gələcəyin təməlini birlikdə möhkəmləndirək!

Övladlarınızın düzgün fiziki inkişafı, onurğa sütununun sağlamlığı və bədən duruşunun düzgün formalaşması üçün “müalicəvi gimnastika” dərslərimiz davam edir! 🤸‍♂️🤸‍♀️
Könül müəllimənin rəhbərliyi ilə keçirilən məşğələlərdə uşaqlar həm sağlamlıqlarını qoruyur, həm də aktiv vaxt keçirirlər.

Qruplarımıza qoşulmaq və daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Давайте вместе укрепим фундамент здорового будущего!

Наши занятия по лечебной гимнастике продолжаются! Это отличная возможность для правильного физического развития ваших детей, здоровья позвоночника и формирования красивой осанки. 🤸‍♂️🤸‍♀️
На занятиях под руководством Кёнуль муаллимы дети не только укрепляют своё здоровье, но и проводят время активно и с пользой.

Свяжитесь с нами, чтобы записаться в группы или получить дополнительную информацию.

📍Bakı ş., Şixəli Qurbanov küç. 6/10 (Nizami m/st,XİN yaxınlığı)

📞 (+994 12) 595 02 70
📞(+994 12) 595 02 72
📱 (+994 50) 999 02 72
Wp (+994 50) 990 02 72

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku