31/08/2026
Sevelj in stripes. ⚪️⚫️
"Neftçi" Peşəkar Futbol Klubu - Rəsmi Facebook Səhifəsi
31/08/2026
Sevelj in stripes. ⚪️⚫️
31/08/2026
Xoş gəldin, Viçko Şevel!
“Neftçi” dayaq yarımmüdafiəçisi transferini reallaşdırıb. Xorvatiyalı Viçko Şevel “ağ-qaralar”ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.
Welcome to your new home, Vicko! 🇭🇷🏠
30/08/2026
📷⚽️
30/08/2026
Baş məşqçi Yuri Vernidubun “Zirə” ilə oyunsonrası fikirləri:
“Bu gün məğlub olduq. Ruhdan düşməməliyik. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq. Hələ çempionatın əvvəlidir, hər şey qarşıdadır. Təhlükəli epizodlarımız oldu, amma hücumları sonlandırmaq alınmadı. Həm də nəzərə alaq ki, biz 20 dəqiqədən çox müddətdə bir nəfər azlıqda oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Futbolçularımız sonadək səy göstərdilər. İlk hissəyə artırılan son dəqiqədə səhv etdik. Bəlkə də, o qolu buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı”.
30/08/2026
Oyun bitdi.
Zirə 1:0 Neftçi
30/08/2026
İlk hissə bitdi.
Zirə 1:0 Neftçi
30/08/2026
Zirədəyik! 📍🏟️
30/08/2026
START HEYƏT! ⚪️⚫️
30/08/2026
“Zirə” ilə oyuna “Qara qızıl” forması ilə çıxacağıq. ⚪️⚫️