13/07/2026
🗣 "Sabah" "Qarabağ” kimi Çempionlar Liqasında uğurlu çıxış edən komanda ilə rəqabət aparırsa, zəif ola bilməz"
TNS-in baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasında "Sabah"la cavab oyunu (ilk matç - 2:0) haqda:
"Sabah” çox yaxşı komandadır. “Qarabağ” kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var"
13/07/2026
🔹 Salahın meneceri Türkiyəyə getdi – Danışıq aparacaq
Misir millisinin hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
34 yaşlı azad agenti heyətinə qatmaq istəyən klub “Beşiktaş”dır.
Salahın meneceri hazırda Türkiyədədir və mümkün transferlə bağlı “Beşiktaş” rəsmiləri ilə danışıqlar aparacaq.
Salah 2025/26 mövsümünün sonunda “Liverpul”dan ayrılıb.
13/07/2026
🔸İspaniyalı çalışdırıcı Pep Qvardiola İtaliya millisinin baş məşqçi postuna əsas namizədlərdən biridir.
Cennaro Qattuzonun ayrılmasından sonra İtaliya Futbol Federasiyası yeni baş məşqçi axtarışlarını davam etdirir. Namizədlər siyahısında ilk sırada məhz Qvardiola yer alır. Onunla yanaşı, Antonio Konte və Roberto Mançini də İtaliya millisinin baş məşqçi postuna namizəd göstərilir.
12/07/2026
🗣 “Yenə də əziyyət çəkdik”
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının yarımfinalına yüksəldikdən sonra sosial şəbəkədə paylaşım edib.
39 yaşlı futbolçu paylaşımında bunları yazıb:
“Yenə də əziyyət çəkdik. Amma komandamız həmişə inanır. Dünyanın ən yaxşı dörd komandası arasındayıq”.
Argentina millisi 1/4 finalda İsveçrə yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.
11/07/2026
🗣 “Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub:
"Ən yüksək əyarlı medalları qazanmaq istəyirik, qalanı isə necə olacaq, görərik. Üstəlik, mən iki dəfə – Belarus və Moldovada çempion olmuşam. Niyə Azərbaycanda da çempion olmayım? Özüm də bunu çox istəyirəm və belə bir hədəfin olmasından məmnunam"
11/07/2026
🗣 İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-da hakimlərin Argentina yığmasına kömək etməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib:
“Hazırda texnologiyalar və VAR vasitəsilə hər şeyi nəzarətdə saxlamaq mümkündür. Mən burada p*s və ya mənfi nəsə baş verdiyini düşünmürəm. Oyundan sonra verilən emosional açıqlamalarla kiminləsə haqq-hesab çəkmək düzgün deyil”.
Argentina və İsveçrə dünya çempionatının son yarımfinal vəsiqəsi uğrunda üz-üzə gələcək.
11/07/2026
🔸 “Mingəçevir”in yeni baş məşqçisi bilindi
1-ci Liqa təmsilçisi “Mingəçevir” baş məşqçi postu ilə bağlı qərar verib.
Bir neçə gün əvvəl rəsmi olaraq açıqlanmışdı ki, “Karvan-Yevlax”ın yeni baş məşqçisi Ramiz Məmmədov olacaq.
Ramiz Məmmədovun gedişindən sonra “Mingəçevir” Zaur Hacıyevlə anlaşıb. Komanda yeni mövsümə onun rəhbərliyi altında hazırlaşacaq.
Hacıyevin sonuncu iş yeri 2-ci Liqa təmsilçisi “Xankəndi” olub.
11/07/2026
Bu gecə TV-də
Günün oyunları – TV
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək. Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir: 12 iyul DÇ-202601:00. İngiltərə - Norveç (İctimai TV, TRT 1)05:00. Argentina - İsveçrə (İctimai TV, TRT 1)
11/07/2026
🔹 Xarici KİV: “Qarabağ” Kabo-Verde millisinin hücumçusu ilə maraqlanır
“Qarabağ” “Akron”un hücumçusu Gilson Benşimolla maraqlanır.
"Köhlən atlar” Rusiya klubunda oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir. Kabo-Verde millisinin üzvü “Qarabağ”ın transfer siyahısındadır.
Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub. Onun “Akron”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
10/07/2026
✅ Mane milli karyerasını bitirdi
Seneqal yığmasının hücumçusu Sadio Mane milli karyerasını başa vurduğunu açıqlayıb.
34 yaşlı futbolçu bu qərarını DÇ-2026-da milli komandanın mübarizəni dayandırmasından sonra elan edib. Seneqal millisi mundialın 1/8 final mərhələsində Belçika yığmasına 2:3 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıb.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu 2012-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, yığmanın heyətində keçirdiyi 130 oyunda 54 qola imza atıb.