16/06/2026
Azərbaycanda ilk dəfə!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO 2026) keçiriləcək.
Olimpiadanın rəsmi açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında baş tutacaq.
MRİO Azərbaycanın müxtəlif bölgələrindən məktəbliləri bir araya toplayacaq. İdman yarışları 21-26 iyun tarixlərini əhatə edəcək.
🥇 12 idman növü
📍 59 bölgə
👥 2000+ iştirakçı
✅ Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.
Gələcəyin çempionları Məktəblilərin Respublika İdman Olimpiadasında müəyyənləşəcək!