28/08/2026
Peşəkarlıq bizim üçün nə deməkdir?
Peşəkarlıq yalnız öz sahəni bilmək və yaxşı dərs keçmək deyil.
Peşəkarlıq — etika, sərhəd, hörmət və etimaddır.
Tələbənin şəxsi, maddi və sosial vəziyyətini müzakirə etməmək; şəxsi və fiziki sərhədlərinə hörmət etmək; razılığı olmadan toxunmamaq.
Dərsə fokuslanmaq, tələbələrin qarşısında bayağı söhbətlərə, studiyanın və həmkarların müzakirəsinə yol verməmək.
Studiyanın etimadından istifadə edib tələbəni şəxsi kanallara və xidmətlərə yönləndirməmək.
Çalışdığın studiyanın qaydalarına, standartlarına və nüfuzuna hörmət etmək. Fikir ayrılıqlarını tələbələrin qarşısında deyil, rəhbərliklə peşəkar şəkildə müzakirə etmək.
Sənə göstərilən etimada layiq olmaq.
Tələbənin yanında başqa, rəhbərlik və kollektiv daxilində başqa cür davranmamaq. Tələbəni studiyadan uzaqlaşdırmağa və ya başqa istiqamətə yönləndirməyə çalışmamaq.
Bizim üçün akademiya sadəcə dərs keçilən məkan deyil. Burada bir korporativ mədəniyyət və standart formalaşdırılır.
Bəzən bu standartları qorumaq asan olmur. Hətta itki bahasına seçim etmək lazım gəlir. Amma düzgün insanlarla işləmək və sağlam iş mühitini qorumaq bizim üçün daha vacibdir.
Bu yolda bizimlə olan və bizə güvənən hər kəsə təşəkkür edirik💜