Azerbaijan Professional Football League

Azerbaijan Professional Football League

Share

Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi facebook səhifəsi

02/07/2026

Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik! 🖊️

02/07/2026

2 İyul - Azərbaycan Polisi Günü! 👮🏻‍♂️

Polis işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik! 😊

Photos from Azerbaijan Professional Football League's post 01/07/2026

Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 2025/26 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb📊

Ardıcıl ikinci mövsüm təqdim edilən hesabatda cari mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub. PDF formatında hazırlanan sənəd klublar, media nümayəndələri, futbolsevərlər, eləcə də “pfl.az” saytının bütün izləyiciləri üçün əlçatandır. PDF-ə baxmaq və ya yükləmək üçün saytımızın “Arxiv” bölməsinin “ölkə futbolu” altbölməsindən 2025/26 mövsümünə keçid etmək və ya aşağıdakı linkə toxunmaq lazımdır:

🔗https://pfl.az/storage/seasons/files/6a44ad9e53fe9_1782885790.pdf

26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü 🇦🇿
Yaşasın şanlı ordumuz!

24/06/2026

📌 Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat məbləğində ödəmələr edib

Peşəkar Futbol Liqası Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişləri həyata keçirib. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb. Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb. Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib. Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb. Peşəkar Futbol Liqası ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək.

Photos from Azerbaijan Professional Football League's post 19/06/2026

“Ayın qolu” layihəsi çərçivəsində Elmin Bayramov və Taleh Hüseynzadə mükafatlandırılıb 👏🏻 I Liqada “Mingəçevir” futbol klubunun üzvü Elmin Bayramov, II Liqada isə “Göygöl” futbol klubunun üzvü Taleh Hüseynzadə may ayının ən yaxşı qolunun müəllifi olub. Onlara “ayın qolu” mükafatlarını Peşəkar Futbol Liqasının inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

17/06/2026

UEFA Avropa Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq təmsilçimiz “Neftçi”nin rəqibi müəyyənləşib. "Ağ-qaralar" "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Daha bir təmsilçimiz "Zirə" isə ilk mərhələdə “Torpedo” (Kutaisi, Gürcüstan) səddini aşacağı təqdirdə ikinci təsnifatda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üzə-üzə gələcək. Hər iki təmsilçimizə uğurlar arzu edirik!

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək. II təsnifat mərhələsinin matçları isə iyulun 23-ü və 30-da baş tutacaq.

17/06/2026

Təmsilçimiz "Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” (İslandiya) kollektivini keçəcəyi təqdirdə 2-ci təsnifatda ÇSKA (Bolqarıstan) - "Derri" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

17/06/2026

Təmsilçimiz "Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) kollektivini keçəcəyi təqdirdə 2-ci təsnifatda "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

16/06/2026

Ölkəmizi UEFA Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə”nin birinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq komandamıza uğurlar arzu edirik! 🦅

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Əhməd Rəcəbli Küçəsi, 21K
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00