22/07/2026
Bu gün mənim peşəkar fəaliyyətimdə çox önəmli bir mərhələni sizinlə bölüşmək istəyirəm.
Artıq rəsmi olaraq EREPS (European Register of Exercise Professionals) sertifikatına sahibəm! 🌍✨
EREPS Avropanın ən nüfuzlu və müstəqil peşəkar reyestrlərindən biridir. Burada qeydiyyatdan keçmək yalnız beynəlxalq standartlara uyğun təhsil, bilik və peşəkar təcrübəyə malik mütəxəssislər üçün mümkündür. EREPS qeydiyyatı EuropeActive peşə standartlarına əsaslanır və Avropa üzrə fitness və hərəkət sahəsində çalışan mütəxəssislərin ixtisasını təsdiqləyir.
Bu sertifikat mənim üçün sadəcə növbəti diplom deyil. Bu, illərlə davam edən zəhmətin, davamlı öyrənmənin, minlərlə saatlıq tədrisin, yüzlərlə yetişdirilmiş məşqçinin və Pilates sahəsinin Azərbaycanda inkişafı istiqamətində görülən işlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
2017-ci ildən etibarən PilatesLife komandası ilə birlikdə ölkəmizdə Pilates mədəniyyətinin inkişafı, beynəlxalq təhsil standartlarının tətbiqi və peşəkar məşqçilərin hazırlanması istiqamətində çalışırıq. Bu gün isə bu yolun daha bir mühüm nəticəsini görmək qürurvericidir.
Bu nailiyyət yalnız mənə aid deyil. Bu, PilatesLife komandasının, SEAM Academy ilə əməkdaşlığımızın, bizimlə öyrənən və inkişaf edən bütün məşqçilərin ortaq uğurudur.
İnanıram ki, inkişafın sonu yoxdur. Öyrənməyə, öyrətməyə və beynəlxalq standartları Azərbaycanda tətbiq etməyə davam edəcəyəm.
Bu yolda mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm! ❤️
15/06/2026
🤰 Hamilə qadınlarla peşəkar işləmək üçün daha çox bilik və əminlik qazanmaq istəyirsiniz?
Sizi 25 iyul tarixində PilatesLife-da keçiriləcək “Hamiləliyə Hazırlıq, Hamiləlik və Bərpa - Elmi və Praktik Yanaşma” workshopuna dəvət edirik.
Bu workshopda hamiləliyə hazırlıq, hamiləlik dövründə qadın orqanizmində baş verən dəyişikliklər, təhlükəsiz fiziki aktivlik və doğuşdan sonrakı bərpa mövzularını həm tibbi, həm də hərəkət elmi baxımından öyrənəcəksiniz.
👩⚕️ Elnurə Vəliyeva - Mama-ginekoloq
👩🏫 Nailə Abdulzadə - SEAM Academy Master Trainer
✅ Hamilə qadınlarla işləməyin əsas prinsipləri
✅ Təhlükəsiz məşq və əks göstərişlər
✅ Doğuşdan sonrakı bərpa mərhələləri
✅ Praktik tövsiyələr və real nümunələr
🎯 Pilates və fitness məşqçiləri, fizioterapevtlər, reabilitasiya mütəxəssisləri və bu sahəyə marağı olan bütün peşəkarlar üçün.
🎓 Workshopun sonunda Türkiyənin SEAM Academy tərəfindən sertifikat təqdim olunacaq.
📅 25 iyul
🕙 10:00 – 17:00
📍 PilatesLife, Kövkəb Səfərəliyeva küç. 16X
📌 Yerlərin sayı məhduddur. Qeydiyyat üçün +994514995550
08/03/2026
PilatesLife olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirik!
Siz bizim üçün çox dəyərlisiniz və yeriniz əvəzolunmazdır. 💐
03/03/2026
Martın ən gözlənilən aksiyası başladı ✨
Bu şərtlər qısa müddət üçündür və təkrarlanmayacaq.
Özünüzə yatırım etmək, nəticəni ölçmək və davamlılığı qorumaq üçün ən doğru vaxtdır.
Həm hədiyyə InBody ölçümü, həm də əlavə üstünlüklərlə başlamaq şansı indi sizdədir.
Uzunmüddətli abunə seçənlər üçün isə daha böyük fürsət var 👌
Daha çox məşq, daha çox nəticə.
📅 3–7 mart
📍 Bütün PilatesLife filiallarında
23/12/2025
Yeni ilə özün üçün dəyərli bir addımla başla. Ayın sonuna kimi abunəlik al və hədiyyə qazan. Bu fürsət sağlamlığını ön plana çəkənlər üçün ideal seçimdir.✨
Aksiya müddətində InBody ölçülmə, kardio trenajorlara 3 giriş və 1 seans masaj 50% endirimlə təqdim olunur. Yeni ilə sağlam vərdişlərlə başlamaq üçün uyğun fürsətdir.
Dəyişikliyi sabaha saxlamadan indi başla.💌
📍Kövkəb Səfərəliyeva16X
📱(+99451)9220550
📍AF MALL 4-cü mərtəbə
📱(+99450)9950550
📍Nərimanov,Faiq Yusifov 15
📱(+99451)9920550
16/10/2025
Azərbaycanda ilk dəfə Arc Barrel, Multiple Chair 1-2 və Barrel 1-2 üzrə workshop təlim proqramlarına qeydiyyat başladı!
SEAM Academy-nin Master Traineri rəhbərliyi ilə keçiriləcək bu intensiv proqram pilates sahəsində dərin anatomiya yanaşması və praktiki tətbiqlərlə zənginləşdirilib və ilk dəfə olaraq Bakıda təqdim olunur.
📅 Tarix: 22–23 noyabr
🎓 Workshopun sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
📩 Qeydiyyat üçün: +994 51 499 55 50
15/10/2025
🎯 17 Noyabr – TriggerPoint üzrə beynəlxalq təlim.
Sizi master trener tərəfindən keçiriləcək TriggerPoint təlimində iştirak etməyə dəvət edirik!
✨ Təlimdən əldə edəcəksiniz:
✅ Bərpa və hərəkətliliyi artırmaq üçün müxtəlif texnika və alətlərlə tanışlıq
✅ Hərəkətlilik, çeviklik və atletik performansı yüksəltmək
✅ Motor disfunksiyalarını aradan qaldırmaq üçün hazır proqram şablonları
✅ Reabilitasiya prosesini sürətləndirmə yolları
❓ Təlim kimlər üçün uyğundur?
✅ Fitnes və sağlamlıq həvəskarları
✅ Peşəkar məşqçilər və mütəxəssislər
✅ Masajçılar
✅ Manual terapiya mütəxəssisləri
✅ Reabilitoloqlar
📌 Bu təlim əvvəlcədən hazırlıq tələb etmir.
📍 Dress code: idman geyimi
🏆 Təlimin sonunda beynəlxalq sertifikat təqdim olunacaq!
🗓 Tarix:17 Noyabr
👤 Təlimçi: Barış Çunguroğlu
📞 Ətraflı məlumat və qeydiyyat üçün: +994 51 499 5550
⚠️Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!
13/10/2025
Bədənini tanı, duruşunu düzəlt və həm özün, həm də tələbələrin üçün sağlam hərəkət bazası yarat! ✅
📌 “Bədən Duruşunun Analizi” Workshop
Bu təlimdə nə öyrənəcəksən?
✔️ Bədən duruşunun analiz metodları
✔️ Bərpaedici hərəkətlərin tətbiqi
✔️ Mat və Reformer üzərində fərdi və məqsədyönlü məşq proqramlarının hazırlanması
👩🏫 Təlimçi: Nailə Abdulzadə
(SEAM Academy Master Trainer, 10+ illik təcrübə)
📅 1 Noyabr
Bu workshop, məşqçilər və bədən biomekaniyasını dərindən anlamaq istəyən hər kəs üçün mükəmməl fürsətdir! 🔥
İştirak sayı məhduddur – qeydiyyatdan keçməyə tələsin! ✉️
📞 +994 51 499 55 50
05/10/2025
Hər bir böyük uğurun arxasında bir müəllim dayanır.
Öyrədən, ruhlandıran, inandıran…
Bizim üçün müəllimlik sadəcə bilik ötürmək deyil — həyat toxunmaqdır.
Bu gün o insanlara minnətdarlıq günüdür ki, onların sayəsində biz bu yoldayıq. 💛
Müəllimlər gününüz mübarək!