Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation

Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation, Sports League, Narimanov district, Azadlig Avenue 128, Baku.

31/08/2026

3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

-48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva

-52 kq
Aysun Məmmədova

-57 kq
Aytən Verdiyeva
Xədicə Qədəşova

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev

-73 kq
Əbil Yusubov

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov

Photos from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation's post 31/08/2026

Uşaqların öz əlləri ilə çəkdiyi rəsmlərdəki əfsanəvi anları və oradakı cüdoçuları tanıya bildiniz?

30/08/2026

Yay İdman Festivalının ən qaynar nöqtələrindən biri – cüdo zonası! 🥋🔥

Burada cüdo sadəcə izlənmədi, sınandı, öyrənildi və yaşandı. 💫

Photos from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation's post 30/08/2026

Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə yeniyetmə oğlanlardan ibarət yığmamız uğurla çıxış edib.

U-18 yaş kateqoriyasında mübarizə aparan cüdoçularımız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla – ümumilikdə 7 medal əldə ediblər.

Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.

Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.

30/08/2026

🥋 İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin sonuncu yarış günündə üç çəki dərəcəsində 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

Qadınlar

+78 kq, 1/8 final
Madina Kaisinova 🇦🇿 – Elis Startseva 🇷🇺

Kişilər

-90 kq, 1/32 final
Vüqar Talıbov 🇦🇿 – Akaki Çaparidze 🇬🇪

+100 kq, 1/16 final
Kənan Nəsibov 🇦🇿 – Yakov Xammo 🇺🇦

+100 kq, 1/8 final
Uşanqi Kokauri 🇦🇿 – Fransisko Solis 🇨🇱 / Maqomedomar Maqomedomarov 🇦🇪 cütünün qalibi ilə

⏰ Təsnifat mərhələsi – 11:30
⏰ Final bloku – 19:00

📺 Canlı yayım: Judo TV, CBC Sport

İdmançılarımıza uğurlar arzulayırıq! 🫶

Photos from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation's post 30/08/2026

Ömər Rəcəbli Lozanna Böyük Dəbilqəsində əzmkar çıxışını bürünc medalla tamamladı. 🥉📸

29/08/2026

Dörd aylıq fasilədən sonra tatamiyə qayıdan Ömər Rəcəbli dönüşünü bürünc medalla qeyd etdi. 🥉🔥

Bu, cüdoçumuzun cari ildə qazandığı üçüncü medaldır. 💪🇦🇿

🥉 Lozanna Böyük Dəbilqəsi
🥉 Yuxarı Avstriya Qran-Prisi
🥇 Daşkənd Böyük Dəbilqəsi

29/08/2026

İsveçrədə ilk medalımız 🤩

Ömər Rəcəbli (-81 kq) Lozanna Böyük Dəbilqəsində bürünc medal qazandı. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə BƏƏ təmsilçisi Georgiy Elbakiyevə qalib gəldi. 🥉🇦🇿🥋

Təbriklər, Ömər! 💫💪

29/08/2026

🥋 İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə üç çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.

Qadınlar

-70 kq, 1/16 final
Südabə Ağayeva 🇦🇿 – Luana Karvalyo 🇧🇷

Kişilər

-73 kq, 1/32 final
Kamran Süleymanov 🇦🇿 – Otari Kvantidze 🇵🇹

-73 kq, 1/16 final
Rəşid Məmmədəliyev 🇦🇿 – Ohad Morits 🇮🇱 / Karim Abdulayev 🇦🇪 cütünün qalibi ilə

-81 kq, 1/32 final
Vüsal Qələndərzadə 🇦🇿 – Qacidavud Qasanov 🇧🇭

-81 kq, 1/16 final
Ömər Rəcəbli 🇦🇿 – Adilet Almat 🇰🇿 / Vinçentso Pelliqra 🇮🇹 cütünün qalibi ilə

⏰ Təsnifat mərhələsi – 10:30
⏰ Final bloku – 19:00

📺 Canlı yayım: Judo TV, CBC Sport

İdmançılarımıza uğurlar arzulayırıq! 🫶

Photos from Azərbaycan Cüdo Federasiyası / Azerbaijan Judo Federation's post 28/08/2026

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçirilib.

Festival çərçivəsində yaradılan cüdo zonasında iştirakçılar bu idman növü ilə yaxından tanış olmaq, tatami üzərində özlərini sınamaq və cüdonun əsas elementlərini öyrənmək imkanı əldə ediblər. Nümunəvi çıxışlar və müxtəlif interaktiv fəaliyyətlər ziyarətçilərin, xüsusilə uşaq və yeniyetmələrin böyük marağına səbəb olub.

Festival boyunca cüdo zonasını ziyarət edən iştirakçılara Azərbaycan Cüdo Federasiyası tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Yay İdman Festivalının məqsədi müxtəlif idman növlərini geniş ictimaiyyətə tanıtmaq, əhali arasında idmana marağı artırmaq və hər kəs üçün açıq idman mühiti yaratmaq olub.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Narimanov District, Azadlig Avenue 128
Baku
AZ1106

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 18:00