Təhsil Rim 1 RİOEUGİM

Təhsil Rim 1 RİOEUGİM

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Təhsil Rim 1 RİOEUGİM, Sports, Nizami str. 90A, Landmark bld., Baku.

18/08/2026

'Təhsil' RİM 1 nömrəli RİOEUGİM PHŞ-nin Ağırlıqqaldırma bölməsinin baş məşqçisi Vahid Nəzərovu doğum günü münasibətilə məktəb rəhbərliyi və bütün kollektiv adından təbrik edib uzun ömür can sağlığı arzulayırıq.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 12/07/2026

11 iyul 2026-cı il tarixində Ağırlıqqaldırma idman növü üzrə II Qarabağ müharibəsi şəhidi Əli Seyidovun xatirəsinə həsr olunmuş "Təhsil"RİM 1 nömrəli RİOEUGİM PHŞ-nin yeniyetmələr arasında açıq birinciliyi keçirilmişdir.Birincilikdə bir sıra mötəbər şəxslər , olimpiya, dünya və avropa çempionları ilə yanaşı şəhid ailələri və qazilər də iştirak etmişlər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə iştirak edən qonaqlar və şəhidin ailə üzvləri çıxış edərək şəhidimizin keçdiyi döyüş yolu haqqındakı maraqlı hadisələrdən danışdılar . Sonda qalib idmançılar diplom, medal, kubok və hədiyyələrlə təltif olundular.

26/02/2026

Xocalı soyqırımından 34 il ötür
Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik..🥀🥀
Bu faciəni unutmadıq, unutmayacağıq.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 13/02/2026

Beynəlxalq Muğam Mərkəzində Litvanın dövlət müstəqilliyinin bərpasının 108-ci il dönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, bəzi xarici ölkələrin Azərbaycandakı səfrləri, diplomatlar, ictimai-siyasi xadimlər və həmçinin Litvanın Azərbaycandakı səlahiyyətli səfri Kestutis Vaşkeleviçus dəvəti ilə, Müstəqil Azərbaycanın boks üzrə ilk Dünya çempionu, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktoru, Əməkdar idman ustası, Əməkdar məşqçi Fərhad Acalov da iştirak və çıxış etmişdir. Çıxışı zamanı o, Litva xalqını təbrik edib, Azərbaycan və Litva arasında olan sıx dostluğ münasibətlərinin olduğunu, inkişaf etdiyini və bu inkişafda həmçinin idmanın böyük rolu olduğunu bildirib.
Qeyd edək ki, fevralın 16-da Litva dövlət müstəqilliyinin bərpa olunmasının 108 illiyi tamam olur. 1918-ci il fevralın 16-da Litva Şurası ölkənin suveren elan edilməsi haqqında Müstəqillik Aktını imzalayıb.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 19/01/2026

16-17 yanvar 2026-cı il tarixlərdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş "Təhsil" RİM 1 nömrəli RİOEUGİM PHŞ-nin Ağırlıqqaldırma idman növü üzrə açıq birinciliyi keçirilmişdir. Birincilikdə ilk olaraq Azerbaycan Respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə bir sıra mötəbər şəxslər, olimpiya çempionlarımız, qazilər və müharibə veteranları da iştirak edirdilər. Onlar çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşdülər. Sonda qalib idmançılarımız diplom və medallarla təltif olundular.
https://fex.net/ru/s/kzrrbb8

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 19/12/2025

09-17 dekabr 2025ci il tarixlərdə Almaniya respublikasının Keinbaum şəhərində keçirilmiş boks üzrə Avropa çempionatında məktəbimizin idmançısı Hüseynova Gülər Misirxan qızı 48 kq çəki dərəcəsində l yer tutmuşdur. Bu münasibətlə qalib idmançımızı və məşqçi müəllimini təbrik edib uğurlar arzulayırıq.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 13/11/2025

07-21 noyabr 2025-ci il tarixlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında məktəbimizin Stolüstü tennis bölməsinin idmançısı Mikayılova Zemfira iştirak edərək komanda yarışında lll yer tutmuşdur.
Bu münasibətlə idmançımızı və onun şəxsi məşqçisi Fərhad İsmayılovu təbrik edib uğurlar arzulayırıq.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 14/07/2025

10-11 iyul 2025-ci il tarixlərdə Ağırlıqqaldırma idman növü üzrə ll Qarabağ müharibəsi şəhidi Əli Seyidovun xatirəsinə həsr olunmuş "Təhsil" RİM 1 nömrəli RİOEUGİM PHŞ-nin yeniyetmələr arasında açıq birinciliyi keçirilmişdir. Birincilikdə bir sıra mötəbər şəxslər,olimpiya,dünya və Avropa çempionları ilə yanaşı şəhid ailələri qazilər və şəhidin döyüş yoldaşları da iştirak etmişlər. İlk olaraq dövlət himni səsləndirildi,sonra 1 nömrəli RİOEUGİM PHŞ-in rəhbəri çıxış edərək tədbiri açıq elan etdi.
Sonda qalib idmançılar diplom, medal və hədiyyələrlə təltif olundular.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 21/06/2025

11-19 iyun 2025-ci il tarixlərdə boks idman növü üzrə yeniyetmə və kadetler arasinda "Təhsil" RİM-in Respublika birinciliyi keçirilmişdir. Birincilikdə məktəbimizin komandasıda iştirak etmişdir, komandanın tərkibində aşağıda adları çəkilən idmançılar müəyyən yerlər tutmuşlar.
2010-2011-ci illər
İbrahimov İslam 46 kq çəki dərəcəsində ll yer
Qədirov Sahib 57 kq çəki dərəcəsində lll yer
İbrahimov Fərid 57 kq çəki dərəcəsində lll yer
Səttarzadə İbrahim 57 kq çəki dərəcəsində ll yer
Abdullayev Fərid 60 kq çəki dərəcəsində ll yer
Məmmədli Oqtay 60 kq çəki dərəcəsində lll yer
Mehtiyev İslam 63 kq çəki dərəcəsində lll yer
Səlimov Cavad 70 kq çəki dərəcəsində l yer
Camalzadə Davud 70 kq çəki dərəcəsində ll yer
2012-2013-cü illər
İbrahimli Ənvər 70 kq çəki dərəcəsində l yer
Tanrıverdiyev Teymur 70 kq çəki dərəcəsində l yer
Ağayev Əlimehdi 63 kq çəki dərəcəsində ll yer
Xasməmmədov Ayxan 42 kq çəki dərəcəsində ll yer
Rzayev Rza 40 kq çəki dərəcəsində ll yer
Feyzullayev Hikmət 44 kq çəki dərəcəsində lll yer
Cahangirov Kənan 40 kq çəki dərəcəsində lll yer
Mustafayev Murad 38 kq çəki dərəcəsində lll yer
Nəzərov Yusif 34 kq çəki dərəcəsində lll yer
Bu münasibətlə qalib idmançıları və onların şəxsi məşqçilərini təbrik edib uğurlar arzulayırıq.

Photos from Təhsil Rim 1 RİOEUGİM's post 17/06/2025

10-12 iyun 2025-ci il tarixlərdə Ağırlıqqaldırma idman növü üzrə yeniyetmə və gənclər arasında Lənkəran şəhərində Təhsil" RİM-in Respublika birinciliyi keçirilmişdir. Birincilikdə məktəbimizin komandasıda iştirak etmişdir. Komanda tərkibində aşağıda adları çəkilən idmançıları müəyyən yerlər tutmuşlar.
Bəkirli Zeynəb 48 kq çəki dərəcəsində l yer
Əliyeva Nigar 77 kq çəki dərəcəsində l yer
Kərimov Həsənağa 79 kq çəki dərəcəsində l yer
Zairov Oktay 42 kq çəki dərəcəsində ll yer
Dövlətov Təyyar 110 kq çəki dərəcəsində ll yer
Mahmudov Cavid 56 kq çəki dərəcəsində lll yer
Bu münasibətlə qalib idmançıları və onların şəxsi məşqçilərini təbrik edib uğurlar arzulayırıq.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nizami Str. 90A, Landmark Bld.
Baku
AZ1010