Eli Pawayev

Eli Pawayev

Share

Yeni Azərbaycan Partiyası

27/08/2026

Qlobal geosiyasi əhəmiyyət və gələcək baxış
Azərbaycan və Özbəkistan arasında qurulan bu strateji tərəfdaşlıq modeli təkcə regional çərçivə ilə məhdudlaşmır, həm də qlobal miqyasda sülhə xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər iki ölkənin gələcək inkişaf strategiyasının aydın yol xəritəsidir. Bakı və Daşkəndin birgə yürütdüyü siyasət Avrasiya məkanında sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. İqtisadi və siyasi gücün artması ilə birlikdə gələcəkdə reallaşdırılacaq yeni layihələrin miqyası daha da genişlənəcəkdir. Bu müsahibə iki qardaş ölkənin dostluğunun əbədi, sarsılmaz və gələcəyə yönəlmiş olduğunu bir daha nümayiş etdirdi.

27/08/2026
27/08/2026

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm tarixi təmələ söykənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf dinamikasına və bu əməkdaşlığın hazırkı siyasi mahiyyətinə işıq salır. Dövlət başçısının müsahibədə xüsusi vurğuladığı məqamlardan biri odur ki, iki ölkə arasındakı əlaqələr dərin tarixi və mənəvi köklərə əsaslanır və son illərdə bu möhkəm zəmin üzərində yüksək səviyyəli siyasi tərəfdaşlıq qurulub.
Azərbaycan və özbək xalqları arasındakı yaxınlıq təsadüfi deyil. Onları ortaq tarixi keçmiş, dil və mədəni yaxınlıq, eyni mənəvi dəyərlər və əsrlərlə formalaşan qarşılıqlı rəğbət birləşdirir. Bu təbii bağlılıq bu gün dövlətlərarası münasibətlər üçün etibarlı təməl rolunu oynayır. Prezident İlham Əliyevin müsahibəsində də məhz bu amillərin iki ölkə arasındakı əlaqələrin indiki siyasi səviyyəyə yüksəlməsində həlledici rol oynadığı qeyd olunur.
Əlaqələrin son illərdə sürətlə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış səmimi dostluq münasibətləri və qarşılıqlı etimad mühüm əhəmiyyət kəsb edir. Dövlət başçılarının müntəzəm görüşləri və qarşılıqlı səfərləri siyasi dialoqun davamlılığını təmin edir. Yalnız son beş il ərzində ali səviyyədə 15 qarşılıqlı səfərin gerçəkləşməsi onu göstərir ki, münasibətlər rəsmi protokolla məhdudlaşmır, intensiv və davamlı siyasi məsləhətləşmələr üzərində qurulub.

27/08/2026

Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyətinin və gələcək inkişaf istiqamətlərinin geniş şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Özbəkistana gözlənilən dövlət səfəri ərəfəsində verilən müsahibədə iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın əldə etdiyi nəticələr, həmçinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin perspektivləri barədə fikirlər ifadə olunub.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin möhkəm tarixi və mənəvi təmələ söykəndiyini xüsusi vurğulayıb. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, adət-ənənələr və qarşılıqlı hörmət birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb. Prezidentin sözlərinə görə, son illərdə bu münasibətlər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynayır.
Müsahibədə həmçinin Azərbaycan-Özbəkistan siyasi dialoqunun yüksək səviyyəsi də diqqətə çatdırılıb. Son beş il ərzində iki ölkə liderləri arasında 15 yüksək səviyyəli qarşılıqlı səfərin və çoxsaylı təmasların həyata keçirilməsi münasibətlərin intensivliyini göstərən mühüm göstərici kimi qeyd olunub. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyan sənədlər kimi qiymətləndirilir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq da sürətlə inkişaf edən istiqamətlərdən biridir. Müsahibədə bildirilib ki, iki ölkə arasında tranzit daşımalarının həcmi 2025-ci ildə 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə daşımaların həcmində daha 12,2 faiz artım qeydə alınıb və bu göstərici 675 min ton təşkil edib. Bu rəqəmlər Azərbaycan və Özbəkistan arasında nəqliyyat və logistika əlaqələrinin getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.
İki ölkə arasında birgə iqtisadi layihələr də əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın dəstəyi ilə salınan 100 hektarlıq “Dostluq bağı” adlı nar bağı xüsusi qeyd olunub. Avtomobil sənayesi sahəsində “Chevrolet” və “Isuzu” markalarının istehsalı istiqamətində də əməkdaşlıq həyata keçirilir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib.
Özbəkistan şirkətlərinin Azərbaycandakı fəaliyyəti də iqtisadi münasibətlərin mühüm göstəricilərindən biridir. Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorları da daxil olmaqla müxtəlif sahələrdə çalışırlar. Eyni zamanda Azərbaycan şirkətləri də Özbəkistanda müxtəlif investisiya layihələrində iştirak edir. Bunlara Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılması layihələri daxildir.
Müsahibədə işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində Özbəkistanın Azərbaycana göstərdiyi dəstək xüsusi minnətdarlıqla qeyd edilib. Özbəkistanın Füzulidə həyata keçirdiyi layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, həm də qardaşlıq və həmrəyliyin real nümunələrinə çevrildiyini göstərir. Bu dəstək iki xalq arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq da yeni məzmun qazanıb. 2023-cü ildə Füzulidə Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə növbəti forum keçirilib. Bu əməkdaşlığın praktiki nəticəsi olaraq 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsi elan olunub. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın qalib layihələri Özbəkistanda, Özbəkistanın qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək.
Regionlararası əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm hissəsidir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri yaradılıb. Yaxın gələcəkdə Naxçıvan və Ürgənc şəhərləri arasında da qardaşlaşma münasibətlərinin qurulması planlaşdırılır. Bu təşəbbüslər xalqlar arasında birbaşa əlaqələrin genişlənməsi, ortaq mədəni irsin qorunması və gələcək nəsillər arasında dostluq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Özbəkistanın beynəlxalq və regional platformalarda əməkdaşlığına da toxunub. Azərbaycan və Özbəkistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkənin bir-birini dəstəkləməsi regional və beynəlxalq məsələlərdə qarşılıqlı etimadın mühüm göstəricisi kimi təqdim olunur.
Müsahibənin ümumi məzmunundan aydın olur ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ənənəvi diplomatik əlaqələr çərçivəsində deyil, strateji və müttəfiqlik xarakterli çoxşaxəli tərəfdaşlıq formatında inkişaf edir. Siyasi dialoqun intensivliyi, qarşılıqlı səfərlərin artması, iqtisadi və investisiya layihələrinin genişlənməsi, nəqliyyat əlaqələrinin inkişafı, media və QHT əməkdaşlığı, humanitar münasibətlərin güclənməsi və regionlararası əlaqələrin genişlənməsi bu münasibətlərin əsas istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsi eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi və mənəvi bağların dövlətlərarası münasibətlərə necə təsir etdiyini göstərir. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli qarşılıqlı etimad və dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına mühüm stimul verir. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı türk dünyasında həmrəylik və qarşılıqlı dəstəyin mühüm nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsini, əldə edilmiş nəticələri və gələcək perspektivləri əhatə edən mühüm siyasi mesajlar toplusudur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında münasibətlər möhkəm tarixi-mədəni təməl üzərində inkişaf edir və siyasi müttəfiqlikdən iqtisadi əməkdaşlığa, nəqliyyatdan humanitar əlaqələrə qədər bütün istiqamətlərdə yeni imkanlar yaranır.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev

27/08/2026

Azərbaycan və Özbəkistanın regionlararası əməkdaşlığı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi çıxış kimi diqqəti cəlb edir. Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata bəyanatlarla çıxış etməsi, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və müxtəlif sahələr üzrə sənədlərin imzalanması iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev çıxışının əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göstərilən yüksək qonaqpərvərliyə və Azərbaycan xalqına münasibətdə nümayiş etdirilən səmimi qardaşlıq hisslərinə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycan xalqının da Özbəkistan xalqına eyni səmimi və qardaşlıq münasibəti bəslədiyini vurğulayıb. Bu fikirlər Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin yalnız dövlətlərarası diplomatik əlaqələrdən ibarət olmadığını, tarixi, mədəni və mənəvi yaxınlığa söykəndiyini göstərir.
Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri Özbəkistanda aparılan islahatların iqtisadi əməkdaşlığın genişlənməsinə yaratdığı imkanlarla bağlıdır. İlham Əliyev qeyd edib ki, ölkələr arasında birgə layihələrin həyata keçirilməsi üçün ilk növbədə güclü iqtisadi baza və əlverişli investisiya mühiti formalaşmalıdır. Bu baxımdan Özbəkistanda son illərdə həyata keçirilən islahatların nəticəsində yaranmış iqtisadi imkanlar Azərbaycan şirkətləri və investorları üçün də yeni perspektivlər açır.
Dövlət başçısı Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin artıq konkret və çoxşaxəli layihələrlə zənginləşdiyini diqqətə çatdırıb. Hazırda əməkdaşlıq enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sənayesi kimi müxtəlif istiqamətləri əhatə edir. Bu sahələrin genişliyi iki ölkə arasında münasibətlərin sadəcə siyasi müstəvidə deyil, real iqtisadi layihələr və qarşılıqlı investisiyalar əsasında inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və geoiqtisadi əlaqələr sistemindəki rolu da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsini qeyd edərək Azərbaycan və Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını bildirib. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı yalnız ikitərəfli münasibətlər baxımından deyil, daha geniş regional inteqrasiya prosesləri baxımından da əhəmiyyətlidir.
Mədəni-humanitar əlaqələr də dövlət səfərinin diqqət mərkəzində olub. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması iki xalqın tarixi və mədəni bağlılığının simvolik ifadəsi kimi qiymətləndirilə bilər. Həmçinin Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, ali məktəb rektorlarının forumunun təşkili və Nizami Gəncəvi ilə Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin hazırlanması barədə razılaşmalar mədəni əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsinin bərpası və Özbəkistanın bu prosesə verdiyi dəstək də xüsusi yer tutur. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiya cəlb olunmasında mühüm rolunu qeyd edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Azərbaycan–Özbəkistan qardaşlığının konkret layihələrdə təzahür etdiyini göstərən nümunələrdir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi və maddi əsaslarının vəhdəti xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulub. Bu yanaşma Azərbaycan və Özbəkistan münasibətlərinin əsas fərqləndirici xüsusiyyətlərindən birini ortaya qoyur: tarixi və mədəni yaxınlıq konkret iqtisadi, siyasi və humanitar əməkdaşlıqla tamamlanır.
Səfərin siyasi nəticələri baxımından Əbədi dostluq haqqında Müqavilənin imzalanması mühüm hadisədir. Özbəkistan Prezidenti bu sənədi iki ölkə arasında əlaqələrin yeni səviyyəsinin göstəricisi kimi təqdim edib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin qəbul edilməsi əlaqələrin institusional əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir.
Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da mühüm istiqamət olaraq qalır. İki ölkənin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi onların regional və qlobal məsələlərdə mövqelərinin daha sıx uzlaşdırılmasına xidmət edir. Özbəkistan tərəfi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulmasını da regionlar arasında əlaqələrin genişləndirilməsi baxımından tarixi addım kimi qiymətləndirib.
Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bəyanatdan görünür ki, iki ölkə arasında münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji və nəqliyyatdan investisiyalara, mədəniyyətdən təhsilə və idmana qədər geniş bir sahəni əhatə edir. Bu əlaqələrin əsasını isə qarşılıqlı etimad, tarixi-mədəni yaxınlıq və dövlət rəhbərlərinin siyasi iradəsi təşkil edir.
Prezident İlham Əliyevin Özbəkistanın inkişafını yüksək qiymətləndirməsi, Şavkat Mirziyoyevin islahatlarını xüsusi qeyd etməsi və gələcək birgə layihələrə böyük önəm verməsi Azərbaycan tərəfinin Özbəkistanla münasibətlərə strateji əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfələr iki dövlət arasındakı münasibətlərin yalnız qarşılıqlı maraqlara deyil, dostluq və qardaşlıq prinsiplərinə də əsaslandığını nümayiş etdirir.
23 avqust 2026-cı il tarixli dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Səfər zamanı əldə olunan razılaşmalar, müəyyənləşdirilən iqtisadi hədəflər, yeni layihələrin təməlinin qoyulması və mədəni-humanitar təşəbbüslər göstərir ki, Azərbaycan və Özbəkistan gələcəkdə də qarşılıqlı fəaliyyətlərini genişləndirmək əzmindədir. Bu əməkdaşlıq yalnız iki qardaş ölkənin inkişafına deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha sıx əlaqələrin formalaşmasına, regional sabitliyə, iqtisadi inteqrasiyaya və Türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verə bilər.
YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev

27/08/2026

Azərbaycan–Özbəkistan qardaşlığı yeni zirvədə: Daşkənd görüşləri müttəfiqliyin sarsılmazlığını nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası, imzalanan sənədlər və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirib.
Prezident İlham Əliyev mətbuata bəyanatında Daşkəndə hər səfərinin Özbəkistanda gedən sürətli inkişaf proseslərini bir daha müşahidə etmək imkanı yaratdığını bildirərək qeyd edib ki, bu gün Daşkənd və bütövlükdə Özbəkistan yüksəliş dövrünü yaşayır. Dövlətimizin başçısı bu inkişafı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü islahatların, ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş ardıcıl siyasətin nəticəsi kimi dəyərləndirib.
İlham Əliyev vurğulayıb ki, Şavkat Mirziyoyevin ölkəyə rəhbərliyə başladığı dövrlə müqayisədə bu gün tamamilə fərqli Özbəkistan formalaşıb. İqtisadiyyatın şaxələndirilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı, energetika və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni investisiya imkanlarının yaradılması Özbəkistanı regionun sürətlə inkişaf edən və beynəlxalq aləmdə nüfuzu davamlı şəkildə artan dövlətlərindən birinə çevirib.

Want your business to be the top-listed Gym/sports Facility in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku