Ağdaş Olimpiya İdman Kompleksi

Ağdaş Olimpiya İdman Kompleksi İdman xəyalları burada yetişir ✨

📍Ağdaş, Azərbaycan

Bu gün – 12 Avqust Beynəlxalq Gənclər günüdür.
12/08/2026

Bu gün – 12 Avqust Beynəlxalq Gənclər günüdür.

🏔️ 8 avqust – Beynəlxalq Alpinizm Günüdür.Bütün alpinistləri və dağçılıq həvəskarlarını təbrik edir, hər birinə təhlükəs...
08/08/2026

🏔️ 8 avqust – Beynəlxalq Alpinizm Günüdür.

Bütün alpinistləri və dağçılıq həvəskarlarını təbrik edir, hər birinə təhlükəsiz və uğurlu zirvə yürüşləri arzulayırıq!

Yuxularınızda hansı idman növü ilə məşğul olduğunuzu bilmirik, amma Olimpiya İdman Kompleksində bunların hamısını real ş...
06/08/2026

Yuxularınızda hansı idman növü ilə məşğul olduğunuzu bilmirik, amma Olimpiya İdman Kompleksində bunların hamısını real şəkildə yaşaya bilərsiniz! 😎

🤔 "Bugünkü planın nədir?" sualının yüzlərlə cavabı var.“İdman” bu suala veriləcək ən yaxşı cavablardan biridir. Hansı id...
31/07/2026

🤔 "Bugünkü planın nədir?" sualının yüzlərlə cavabı var.

“İdman” bu suala veriləcək ən yaxşı cavablardan biridir. Hansı idman növü olacağına isə siz qərar verin.

🏀 Basketbolda keçirdiyin hər dəqiqə sənə öz gücünə inanmağı öyrədəcək!Bu idman növünün sənə faydaları:▪️ Boy artımı və s...
27/07/2026

🏀 Basketbolda keçirdiyin hər dəqiqə sənə öz gücünə inanmağı öyrədəcək!

Bu idman növünün sənə faydaları:
▪️ Boy artımı və sümük strukturunun güclənməsi,
▪️ Yüksək kalori yandırma,
▪️ Komanda ruhu və liderlik bacarıqlarının formalaşması.

Top səndədir! Elə indi basketbol öyrənməyə başla, gücünə güc qat! 😎

🏆 Qazax rayonunda təşkil olunan Velosiped idmanı üzrə Federasiya kuboku yarışında məşqçi-müəllim Qnyaz Musayevin rəhbərl...
27/07/2026

🏆 Qazax rayonunda təşkil olunan Velosiped idmanı üzrə Federasiya kuboku yarışında məşqçi-müəllim Qnyaz Musayevin rəhbərliyi ilə Ağdaş velosiped komandası olaraq uğurla iştirak etmiş və mümkün 3 kubokdan 2-sini qazanaraq Ağdaşa gətirdik.

26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması günüdür.Bu tarix ölkəmizdə gənclər siyasə...
26/07/2026

26 iyul – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması günüdür.

Bu tarix ölkəmizdə gənclər siyasətinin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı istiqamətində mühüm mərhələnin başlanğıcıdır.

Bu əlamətdar gün münasibətilə Gənclər və İdman Nazirliyinin bütün kollektivini təbrik edir, fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.

📌 22.07.2026-cı il tarixində Ağdaş Olimpiya İdman Kompleksində Ağdaş rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçıl...
24/07/2026

📌 22.07.2026-cı il tarixində Ağdaş Olimpiya İdman Kompleksində Ağdaş rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında üzgüçülük idman növü üzrə rayon turniri keçirilmişdir.

✅ Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fiziki inkişafının təmin edilməsi, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və perspektivli idmançıların aşkar edilməsi olmuşdur.

🎉 Yarışın qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, Azərbaycan milli mətbuatının inkişafı...
22/07/2026

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, Azərbaycan milli mətbuatının inkişafında göstərdikləri peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!

♟️ Şahmatsevərlər buradadır? 20 iyul Beynəlxalq Şahmat Günü münasibətilə sizi kiçik bir oyuna dəvət edirik.Hazırsınız? E...
20/07/2026

♟️ Şahmatsevərlər buradadır?

20 iyul Beynəlxalq Şahmat Günü münasibətilə sizi kiçik bir oyuna dəvət edirik.

Hazırsınız? Elə isə oyuna başlayın! 🧠

Address

Agdash
AZ0300

Alerts

Be the first to know and let us send you an email when Ağdaş Olimpiya İdman Kompleksi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ağdaş Olimpiya İdman Kompleksi:

Shortcuts

Share