30/08/2026
Burada “sistem” deyəndə Penya Barcelonista Baku-nun rəsmi üzvlük sistemini nəzərdə tuturuq. Bu, fan klubumuzun üzvlərinin rəsmi şəkildə qeydiyyatdan keçdiyi və üzvlük məlumatlarının FC Barcelona tərəfindən də görülə bildiyi rəsmi üzvlük platformasıdır.
Bu məsələ ilə bağlı sosial şəbəkələrimizdə dəfələrlə ətraflı məlumat paylaşmışıq. Buna görə də üzvlərimizdən sistemlə bağlı əvvəlki paylaşımlarımızı da nəzərdən keçirmələrini xahiş edirik. 🔵🔴
19/07/2026
Bu gün qazananda məğlub olanda biz olduq 💙❤️🇪🇸🇦🇷
12/07/2026
İsti yay günlərində Camp Nou səfərlərimiz davam edir. Belə ki, Penya Barcelonista Baku'nun yaradıcı üzvlərindən Orxan Əliyev və onun oğlu Araz Əliyev Camp Nou'ya yollanıb. Təbii ki, onlar Penya'mızın bayrağını da "məbədə" aparıblar.
Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam dəyərlərlə böyüməsi və mirasımıza sahib çıxması üçün hər birimiz üzərimizə düşəni etməliyik! Like father, like son! 💙❤️
10/07/2026
Penya Barcelonista Baku'nun 10 ildən çoxdur rəsmi üzvü olan Yusif Quluzadə, hazırda "Penyista" kartının üstünlüklərindən yararlanaraq Barcelona'nın rəsmi muzeyindədir və bütün üzvlərimizi salamlayır. 👋💙❤️
03/07/2026
Biz əsl sevginin nə olduğunu bilirik! 😎💙❤️
23/05/2026
Mövsüm başa çatdı! Mövsümboyu bizimlə olan bütün üzvlərimizə təşəkkür edirik! Yenidən görüşərik… 🙌🏻🔵🔴
10/05/2026
CAMPEEEEONNNNESEESSSASSSSS!!! 💙❤️
03/05/2026
Penya'mızın uzun illərdi rəsmi üzvü olan Sərxan Məmmədzadə, Camp Nou'da olub və "Penyista" kartının üstünlüklərindən danışıb. O deyir ki:
1. "Penyista" kartı ilə muzeyə giriş tamamilə pulsuz olub;
2. "Barça Store"da aldığı məhsul üçün üzvlük kartına görə 5% endirim tətbiq olunub.
3. Əgər ümumi stadion turu edəcəksinizsə (muzeyə giriş + Camp Nou) buna görə endirim etmirlər. Lakin: özünüz stadion turunu alıb, yanınızda Penya üzvü olmayan dostunuz, tanışınız, ailə üzvünüzə Muzeyə pulsuz giriş imkanı yarada bilirsiniz.
Sərxan həmçinin deyir ki, Muzey turu inanılmaz dərəcədə möhtəşəmdir, sözlə ifadə edilməyəcək səviyyədədir.
Əgər siz də PB Baku'nun rəsmi üzvü deyilsinizsə, və bu yaxınlarda Barselonaya səyahət edərkən müəyyən endirimlər əldə etmək istəyirsinizsə, elə indi üzvlük üçün müraciət edə bilərsiniz. Visca Penya Barcelonista Baku! 💙❤️