Sumqayıt Stolüstü Tennis Qarabag NN İdman Klubu

Sumqayıt Stolüstü Tennis Qarabag NN İdman Klubu Azərbaycan Stolüstü Tennis Federasiyasının Sumqayıt şəhərində yerləşən İdman Kompleksi
Məşqçi Hidayətzadə Elnur

Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksi

Stolüstü tennisçilərin Portuqaliya sınağıStolüstü tennisçilər növbəti Avropa çempionatında istirak edəcəklər. Seçmə koma...
09/07/2026

Stolüstü tennisçilərin Portuqaliya sınağı

Stolüstü tennisçilər növbəti Avropa çempionatında istirak edəcəklər. Seçmə komandamızın uzvləri bu məqsədlə Portuqaliyaya yola düşublər. Qondomar şəhərində təşkil olunacaq yarışda kişilərdən ibarət seçmə komandanın baş məşqçisi Mixail Timofeyevlə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iyulun 10-dan 19-dək keçiriləcək çempionatın oyunlarını idarə edəcək.

Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşibStolüstü tennis üzrə 2013-cü il və daha aşağı təvəl...
03/07/2026

Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar arasında keçirilən Respublika birinciliyinə yekun vurulub.
"Süa İdman-Sağlamlıq Mərkəzi"ndə təşkil olunan yarışda Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustanı təmsil edən 100-dən çox idmançı iştirak edib. İdmançılar şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qalib və mükafatçıları müəyyənləşdiriblər.
Üç gün davam edən Respublika birinciliyinin yekunlarına əsasən, zalımızın və 1 nömrəli Sumqayıt İOEUGİŞM PHŞ-nin idmançıları uğurlu çıxış edərək ümumilikdə 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.
Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın sonunda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.
Qalib idmançılarımızı və məşqçilərini bu möhtəşəm uğur münasibətilə təbrik edir, onlara gələcək yarışlarda da yeni nailiyyətlər arzulayırıq!

Sumqayıt 1 nömrəli Təhsil İOEUGİŞM PHŞ və zalımızın idmançıları Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da eti...
21/05/2026

Sumqayıt 1 nömrəli Təhsil İOEUGİŞM PHŞ və zalımızın idmançıları Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar. Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub. Əziyyəti keçən hər kəsi təbrik edirik

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 13–16 may tarixlərində keçirilən WTT Youth Contender turnirində Azərbaycan milli...
21/05/2026

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 13–16 may tarixlərində keçirilən WTT Youth Contender turnirində Azərbaycan milli komandasının tərkibində çıxış edən zalımızın və Sumqayıt 1 nömrəli İOEUGİŞM PHŞ idmançıları uğurlu nəticələr əldə ediblər.
Turnirdə iki idmançımız mükafata layiq görülüb:
Mehin Mirzabalayeva U13 kateqoriyasında 3-cü yerə,
Cəfər Alıməmmədli isə U11 kateqoriyasında 3-cü yerə sahib olub.
Bütün idmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

5–8 may 2026-cı il tarixlərində keçirilən Ölkə Birinciliyi başa çatdı!Zalımızın və Sumqayit 1 nömrəli İOEUGİŞM PHŞ-nin i...
09/05/2026

5–8 may 2026-cı il tarixlərində keçirilən Ölkə Birinciliyi başa çatdı!
Zalımızın və Sumqayit 1 nömrəli İOEUGİŞM PHŞ-nin idmançıları yarışda uğurla çıxış edərək yüksək nəticələr əldə etmişlər:
🥇 7 qızıl medal
🥈 7 gümüş medal
🥉 16 bürünc medal
Bu möhtəşəm uğura görə bütün idmançılarımızı və onların məşqçilərini ürəkdən təbrik edirik!
Yeni yarışlarda daha böyük qələbələr və davamlı uğurlar arzulayırıq!

23/04/2026

23 aprel – Dünya Stolüstü Tennis Günü münasibətilə zalımız və yığma komandamızın üzvü Yağmur Məmmədlinin əldə etdiyi uğurlar ölkə mediasının da diqqət mərkəzində olub. Bu əlamətdar gün münasibətilə İTV kanalında xüsusi çəkiliş hazırlanaraq idmançımızın nailiyyətləri, məşq prosesi və gələcək hədəfləri geniş şəkildə təqdim edilib. Süjetdə Yağmurun əzmkarlığı, zəhməti və stolüstü tennisə olan böyük sevgisi vurğulanıb, həmçinin onun beynəlxalq və yerli yarışlarda qazandığı nəticələr izləyicilərə çatdırılıb. Bu cür diqqət həm idmançımız üçün böyük motivasiya, həm də stolüstü tennisin ölkəmizdə daha da populyarlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

“Baku Open” stolüstü tennis turniri keçiriləcəkStolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. S...
11/03/2026

“Baku Open” stolüstü tennis turniri keçiriləcək

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. Söhbət Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turnirindən gedir. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq. Turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.
Əlaqə nömrəsi: 994 50 796 66 57

Ölkə çempionatı başa çatıb03-06 mart 2026-cı il tarixlərində keçirilən Ölkə çempionatına bu gün yekun vurulub. Zalımızın...
06/03/2026

Ölkə çempionatı başa çatıb

03-06 mart 2026-cı il tarixlərində keçirilən Ölkə çempionatına bu gün yekun vurulub. Zalımızın və Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM PHŞ yetirmələri uğurlu nəticələr əldə ediblər.
Komanda yarışlarında I yeri Sumqayıt-1 komandası (Mərziyyə Nurmətova, Aylin Əsgərova, Məryəm İmanova, Arzu Aslanova) qazanıb. III yer isə Sumqayıt-2 komandasına (Aysu Ağayeva, Xədicə Eylazova, Pərizad Kazımova, Sofiya Trofimenko) nəsib olub.

Qadınların şəxsi yarışında I yerə Nurmatova Mərziyyə, II yerə Əsgərova Aylin, III yerə isə İmanova Məryəm layiq görülüb.
Qadınlar arasında qoşa yarışlarda I yer Əsgərova Aylin – Nurmatova Mərziyyə cütlüyünün olub. II yerə-Aslanova Arzu, III yeri isə İmanova Məryəm – Məmmədli Yağmur cütlüyü qazanıb.
Qarışıq qoşa kateqoriyasında da I yerə Nurmatova Mərziyyə layiq görülüb.
Yarışın ən uğurlu idmançısı Mərziyyə Nurmatova olub. O, iştirak etdiyi bütün kateqoriyalarda – komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında I yerə layiq görülərək bütün yarışların qalibi olub.
Əziyyəti keçən hər kəsi təbrik edir, idmançılarımıza gələcək yarışlarda yeni uğurlar arzulayırıq! 🏆👏

Zalımızın və stolüstü tennis-bölməsi üzrə şəhərimizin baş məşqçisi Elnur Hidayətzadə, Sumqayıt şəhər icra hakimiyyətinin...
03/03/2026

Zalımızın və stolüstü tennis-bölməsi üzrə şəhərimizin baş məşqçisi Elnur Hidayətzadə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəvovun sərəncamı ilə, 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə, şəhərin idman həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.

Martın 2-də gənclər və idman naziri Fərid Qayıbov idmançılarla görüşüb.Nazir, görüşdə “Azərbaycan Respublikasının İdman ...
02/03/2026

Martın 2-də gənclər və idman naziri Fərid Qayıbov idmançılarla görüşüb.

Nazir, görüşdə “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Onların sırasında zalımızın istedadlı yetirməsi, stolüstü tennis üzrə seçmə komandanın üzvü Aylin Əsgərova da var. İdmançımızı təbrik edir və uğurlarının davamını arzu edirik.

Address

Sumqayıt şəhəri Dənizkənarı Bulvar
Sumqayıt

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 14:00

Telephone

0557735363

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Stolüstü Tennis Qarabag NN İdman Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt Stolüstü Tennis Qarabag NN İdman Klubu:

Shortcuts

Share