Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası

Share

AHİİTA AHİK-in İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilmişdir.

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 26/05/2026

Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançımız Mədinə Sadıqova Vətənə qayıdıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli yığmamızın üzvlərini qarşılayan arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( ) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) nümayəndələri də olub.

Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir”.

Qadınlar arasında karate üzrə 55 kiloqram çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançımız final görüşünün çətin keçdiyini deyib: “Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün İlk əvvəl hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum”.

Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib: “Mədinə çox intizamlı idmançımızdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da bu ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq”.

Qeyd edək ki, Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 24/05/2026

🥋 🏅 AHİİTA cüdoçusu U-17 Liqa yarışında fərqləndi

Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turunda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ( ) idmançısı uğurlu çıxışı ilə diqqət çəkib.

57 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Qızılgül Əkbərova rəqiblərinə qarşı inamlı mübarizə apararaq yarışın gümüş medalına sahib olub🥈

İdmançımız Qızılgül Əkbərovanı və şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq 💪🥋

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 24/05/2026

🥋 AHİİTA cüdoçusu U-14 Liqa yarışının qalibi oldu

Mayın 23-də Abşeron Olimpiya İdman Kompleksində start götürən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turunda idmançımız Ayla Məmmədli uğurlu çıxışı ilə yadda qalıb.

🥇 Gənc cüdoçumuz 44 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

👏 Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ( ) olaraq idmançımız Ayla Məmmədlini və şəxsi məşqçi-müəllimi, Əməkdar məşqçi Mətanət Süleymanovanı bu uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq🏅

24/05/2026

🥇 Tarixi Qələbə: Mədinə Sadıqova Avropa çempionu oldu

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) karateçisi Mədinə Sadıqova (55 kq) möhtəşəm uğura imza atıb.

🥋 Bütün rəqiblərinə qalib gələn idmançımız qızıl medal qazanaraq Avropa çempionu olub.

🏆 Bununla da Mədinə Sadıqova Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

👏 İdmançımızı və onun şəxsi məşqçi-müəllimi əməkdar məşqçi Seymur Xudaverdiyevi möhtəşəm nailiyyət münasibətilə təbrik edirik 🇦🇿

23/05/2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ( ) ilə Türkiyənin Başkent Üniversitesi əməkdaşları arasında onlayn görüş keçirilib.

♟️Görüşdə qurumlar arası uşaqlar və gənclər arasında birgə şahmat və zəka oyunları yarışlarının təşkili, məşqçi-müəllimlər üçün təlim proqramlarının həyata keçirilməsi, intellektual inkişaf yönümlü layihələrin hazırlanması, həmçinin beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

🤝 Eyni zamanda, gələcəkdə beynəlxalq turnirlərin təşkili, mütəmadi onlayn və əyani görüşlərin keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 22/05/2026

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “İş yerlərində gender bərabərliyinin təşviqi” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, AHİK-in və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin demokratik inkişafından, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasından bəhs edib. O, Azərbaycanda gender bərabərliyinin təşviqi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb, Azərbaycan qadınının ictimai nüfuzunun yüksəldilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi xidmətlərini vurğulayıb.

Bildirilib ki, Konfederasiya gender məsələlərinin təşviqinə xüsusi həssaslıqla yanaşır, əmək kollektivlərində bərabər imkanların yaradılması və qadınların əmək bazarında fəal iştirakının dəstəklənməsi ilə bağlı önəmli addımlar atır, qadınların sosial təminatının gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi diqqətdə saxlanılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mehman İsmayılov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifələrini icra edən Fərid Babayev çıxışlarında gender siyasətindən bəhs edib, qadınların sosial-iqtisadi həyatın bütün sahələrində fəal iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıblar.

Tədbirə onlayn formatda qoşulan BƏT-in gender məsələləri üzrə mütəxəssisi Özgə Bərbər Agtaş çıxışında gender bərabərliyinin inklüziv və dayanıqlı əmək münasibətlərinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb, Azərbaycanda bu sahədə görülən işlərə diqqət çəkib.

Tədbirin yekununda “Gender bərabərliyi: ailə, əmək bazarı və milli inkişafın strateji gündəliyi” mövzusunda təqdimatedilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

22/05/2026

Olimpiya çempionlarının yeniyetmə və gənc güləşçilərlə unudulmaz görüşü 🏆

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 21/05/2026

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) idman zalında yeniyetmə və gənc güləşçilərin tanınmış idmançılarla görüşü təşkil olunub.

Görüşdə XXVII Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı Namiq Abdullayev, XXVIII Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalçısı Fərid Mansurov və Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər.

Görüşün məqsədi gənc idmançıların motivasiyasının artırılması, onlarla olimpiya təcrübəsinin bölüşülməsi və sağlam həyat tərzinin təbliği olub.

Çıxış edən olimpiya çempionları ölkəmizdə idmanın inkişafından, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, keçdikləri şərəfli idman yolundan bəhs ediblər.

Onlar böyük uğurların yalnız zəhmət, intizam, əzmkarlıq və Vətən sevgisi sayəsində qazanıldığını vurğulayaraq əldə etdikləri qələbələrin yaratdığı qürur hissini iştirakçılarla bölüşüb, gəncləri idman həyatında daim məqsədyönlü və iradəli olmağa çağırıblar.
Görüş zamanı yeniyetmə və gənc güləşçilər çempionlara müxtəlif suallar ünvanlayıb, onların peşəkar idman karyerası ilə bağlı fikirlərini dinləyiblər.

19/05/2026

🏆 AHİİTA Güləşçilərindən Beynəlxalq Turnirdə Möhtəşəm Nəticə

🤼‍♂️ Sərbəst güləş üzrə Almaniyanın Frankfurt şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda müxtəlif ölkələrdən olan yeniyetmə idmançılar iştirak edərək medallar uğrunda mübarizə aparıblar.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( ) yeniyetmə güləşçiləri turnirdə yüksək nəticələr göstərərək ölkəmizi layiqincə təmsil ediblər 💪🔥

🥇 Məryəm Cəlilzadə (35 kq) — I yer
🥇 Hüseyn Salamzadə (55 kq) — I yer
🥇 İsa Tanrıverdiyev (60 kq) — I yer
🥈 Bayram Əsgərzadə (52 kq) — II yer
🥈 Ağarza Qəhrəmanov (57 kq) — II yer
🥈 Tuqay Hüseynov (60 kq) — II yer
🥉 Rian Sultanov (36 kq) — III yer
🥉 Əlihüseyn Hüseynli (92 kq) — III yer

👏 Medalçılarımızı və onların şəxsi məşqçi-müəllimləri — Əməkdar məşqçi Fəxrəddin Nuriyev və Amil Abdullayevi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

🏅 Güləşçilərimiz turniri ümumilikdə 🥇3 qızıl, 🥈3 gümüş və 🥉2 bürünc medalla başa vuraraq komanda hesabında üçüncü yeri qazanıblar🔥

Photos from Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası's post 18/05/2026

✨ AHİİTA cüdoçusu Avropa Kubokunda fərqləndi

🥋Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.

cüdoçusu Nurəddin Əliyev (90 kq) yarışda uğurlu çıxış edərək 🥉 bürünc medalın sahibi olub.

İdmançımızı və onun şəxsi məşqçi-müəllimi Yunus Yunusovu təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.

Azərbaycan yığması isə turniri ümumilikdə 2🥇qızıl, 4🥈gümüş və 7🥉bürünc medalla başa vuraraq komanda hesabında birinci yeri tutub 🏆

18/05/2026

🥉 Gənc Pəhləvanımızdan Avropa Uğuru

Güləş üzrə Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş yarışlarında güləşçisi Tunar Həsənov (45 kq) uğurlu çıxışı ilə yadda qalıb.

İdmançımız bürünc medal uğrunda qarşılaşmada türkiyəli rəqibi Buğra Eldemiri 5:2 hesabı ilə məğlub edərək yarışın bürünc medalına sahib olub 🥉

Tunar Həsənovu və onun şəxsi məşqçi-müəllimi Səbuhi Məmmədovu təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq 👏

Want your business to be the top-listed Gym/sports Facility in küçəsi?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Bakı şəhəri, Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78 V
Küçəsi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00