Gəncədə Cüdo - Judo in Ganca

Gəncədə Cüdo - Judo in Ganca Bu səhifə heç bir təşkilata, idman cəmiyyətinə, rəsmi qruma aid deyil. Bu səhifə cüdosevərlərin şəxsi təşəbbüsləri ilə yaradılıb.

Bütün komandımıza, xüsusən də Gəncəmizi təmsil edən Gülgəzə qələbə arzu edirik!
01/09/2026

Bütün komandımıza, xüsusən də Gəncəmizi təmsil edən Gülgəzə qələbə arzu edirik!

3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

-48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva

-52 kq
Aysun Məmmədova

-57 kq
Aytən Verdiyeva
Xədicə Qədəşova

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev

-73 kq
Əbil Yusubov

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov

Ruslanı və Ceyhun müəllimi təbrik edirik.
31/08/2026

Ruslanı və Ceyhun müəllimi təbrik edirik.

Cüdoçumuzdan növbəti uğur!

28-30 avqust tarixlərində Polşanın Krakov şəhərində cüdo üzrə Beynəlxalq turnir keçirilib.Məktəbimizin cüdo bölməsinin yetirməsi Ruslan Kazımov (şəxsi məşqçisi-Ceyhun Bayramov) +90 kq çəki dərəcəsində final görüşündə məğlub olaraq gümüş medal qazanıb.

İdmançımızı və məşqçi-müəllimini təbrik edir, gələcək yarışlardada uğurlar arzu edirik!

29/08/2026
Lozanna Böyük Dəbilqəsinin ilk günündə 5 cüdoçumuz çıxış etsə də medala çatmadıq!
28/08/2026

Lozanna Böyük Dəbilqəsinin ilk günündə 5 cüdoçumuz çıxış etsə də medala çatmadıq!

Bu gün Gəncənin tanınmış cüdo məşqçisi, 3 idman növü üzrə idman ustası, əməkdar məşqçi Ceyhun Bayramovun ad günüdür.Ceyh...
25/08/2026

Bu gün Gəncənin tanınmış cüdo məşqçisi, 3 idman növü üzrə idman ustası, əməkdar məşqçi Ceyhun Bayramovun ad günüdür.
Ceyhun müəllimi təbrik edirik.
Can sağlığı və uzun ömür arzulayırıq.

Maşallah. Qızıl qədər qiymətlidir!
23/08/2026

Maşallah. Qızıl qədər qiymətlidir!

Uzaq Ekvadordan daha bir medal sorağı! 🤩

Ayxan Həsənli (-81 kq) yeniyetmələr arasında dünya çempionatının gümüş medalına sahib çıxdı. 🥈🇦🇿🥋

Təbriklər, Ayxan! 💙

21/08/2026

Yeniyetmələr arasında dünya çempionatı keçirilir.
Yarışın ikinci günündə 66 və 73 kq çəki dərəcəsində Gəncəmizin yetirmələri İlkin və Sadiq də çıxış edəcəklər.
Həm onlara həm də digər milli cüdoçularımıza uğurlar diləyirik.

Address

G***a

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncədə Cüdo - Judo in Ganca posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category