06/06/2026
“Neftçi” İdman Klubunun sabiq rəhbəri, tanınmış idman xadimi Sadıq Sadıqovun vaxtsız vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Azərbaycan idmanının, xüsusilə yerli futbolun inkişafında əvəzsiz xidmətləri olan Sadıq müəllimin rəhbərliyi dövründə qazanılan uğurlar Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb.
Mərhumun vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına və bütün idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Ruhu şad olsun 🙏
29/01/2026
Qarabağ FK Azərbaycan futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan komanda oldu! Təbriklər, Qarabağ! Təbriklər, Azərbaycan! 🇦🇿⚽
28/08/2025
"Qarabağ" klubunu UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirik! 👏
14/06/2025
Bu gün - iyunun 14-də Azərbaycanın bütün orta məktəblərində “Son zəng” çalınır. Bu, təkcə bir dərs ilinin başa çatması deyil, minlərlə gəncin həyat yolunun yeni mərhələsinə qədəm qoyması deməkdir. 11 illik məktəb xatirələrinə vida deyən şagirdlərə uğurlar arzulayırıq
02/05/2025
Komandamız İran Pro Liqasında çempion oldu. Təbriz təmsilçisi “Traktor”u təbrik edirik
02/09/2024
Oyun sonu
Şahdağ 3-0 Dinamo Bakı
02/09/2024
"Bakı"nın sabiq futbolçuları. İki kapitanın görüşü.
28/08/2024
Dinamo Bakı futbol klubunun 1997-ci ildə loqosu