10/06/2026
📢 RƏSMİ ELAN
Hörmətli futbolçular, valideynlər, tərəfdaşlar və izləyicilər!
Sizə bildiririk ki, Enjoy United FC-də idarəetmə və təşkilati struktur üzrə dəyişikliklər həyata keçirilmişdir.
Qəbul edilmiş qərara əsasən, klubun əvvəlki rəhbəri Yunis Rəhimov klub rəhbərliyi vəzifəsini Cəlal Məmmədova təhvil vermişdir.
Eyni zamanda fəaliyyətin daha səmərəli idarə olunması, strukturun təkmilləşdirilməsi və gələcək inkişaf strategiyasının vahid mərkəzdən koordinasiya edilməsi məqsədilə Enjoy United FC bundan sonra Sifarişçi MMC-nin nəzdində fəaliyyət göstərəcəkdir.
Yeni struktur aşağıdakı qaydada formalaşdırılmışdır:
🏢 Sifarişçi MMC
Təsisçi və rəhbər: Yunis Rəhimov
Tabeliyində fəaliyyət göstərən qurumlar:
⚽ Enjoy United FC
🖨️ Enjoy Print Services
Enjoy United FC üzrə yeni rəhbərlik:
▪️ Klub rəhbəri – Cəlal Məmmədov
▪️ Baş məşqçi – Səbuhi Həsənov
▪️ Baş məşqçi köməkçisi (Administrator) – Müjgan Seyidli
Yeni idarəetmə modelinin əsas məqsədi klubun inkişafını sürətləndirmək, idman fəaliyyətinin keyfiyyətini yüksəltmək, təşkilati işləri daha səmərəli şəkildə həyata keçirmək və gələcək layihələrin reallaşdırılması üçün güclü idarəetmə sistemi formalaşdırmaqdır.
Klubumuzun formalaşması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə Yunis Rəhimova təşəkkür edir, yeni vəzifəsində Cəlal Məmmədova, həmçinin bütün məşqçi heyətinə uğurlar arzulayırıq.
Hörmətlə,
Enjoy United FC
Sifarişçi MMC