08/07/2026
🌿 Növbəti yürüşümüzün ünvanı Zaqatalanın füsunkar Qanslar şəlaləsidir. 💙
Hər getdiyimiz məkana özümüzəməxsus rəng qatmağa davam edirik. Bu dəfə də proqramımızı böyük həvəslə hazırlamışıq və sizi unudulmaz bir gün gözləyir. ✨
🕛 Vaxta qənaət etmək üçün yola gecə saat 00:00-da çıxacağıq. 19 iyul səhər tezdən Zaqatalada olacağıq.
🚙 Bizi dağ maşını ilə həm adrenalin dolu bir yolçuluq, həm də piyada məsafəsini minimuma endirən rahat bir marşrut gözləyir.
🥙 Səhər yeməyi və 🍗🥗 günorta yeməyi əvvəlcədən hazırlanacaq. Gün ərzində rahat və ləzzətli şəkildə qidalanacaqsınız.
🤝 Seçilmiş kollektiv, möhtəşəm təbiət və xoş xatirələr sizi gözləyir.
💰 Bütün xərclər daxil olmaqla iştirak haqqı cəmi 60₼-dir.
📩 Bu möhtəşəm yürüşdə bizimlə olmaq istəyirsinizsə, posta ➕ yazın və ya 070 267 07 28 nömrəsi ilə əlaqə saxlayın.
07/07/2026
Bəzi insanlar təbiətə sadəcə baxır, bəziləri isə onu hiss edir. 🌿
Bu kamp bizim üçün təkcə bir həftəsonu deyildi. Burada yeni dostluqlar quruldu, tonqal ətrafında söhbətlər edildi, gülüşlər meşəyə qarışdı, telefon ekranlarını isə təbiətin özü əvəz etdi.
Hər kamp bitir, amma yaşanan hisslər uzun müddət yadda qalır.
Bu gözəl anların bir parçası olan hər kəsə təşəkkür edirik. 💚
📸 Budur, həmin xatirələrdən bir neçəsi...
Bəlkə növbəti fotolarda siz də olasınız. 🏕️
23/06/2026
🏕️ üçün qeydiyyat başladı!
Bu dəfə kampımızı Qaxın füsunkar Sarıbaş kəndində quracağıq. 🌄
Sarıbaş kəndi Qax rayonunun ən məşhur dağ kəndlərindən biridir. Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşir. Kamp ərazisinə xüsusi dağ maşınları ilə qalxacağıq. Möhtəşəm mənzərələr, təmiz dağ havası və unudulmaz anlar bizi gözləyir. ❤️
🗓 Tarix: Gediş 4 iyul, saat: 07:00. Dönüş 5 iyul saat: 23:00(Bakıya çatma vaxtı) 🏁
🎒 Qiymətə daxildir:
🚌 Sprinterlə Bakı–Qax–Bakı nəqliyyatı
🚙 Dağ maşını ilə Sarıbaşa qalxıb-düşmək
⛺ Çadır və mat (4-6 nəfərlik)
🏕️ Bütün kamp ləvazimatları
🍽️ 2 gün ərzində 6 dəfə qidalanma
🎲 Oyunlar, musiqi və əyləncəli fəaliyyətlər
🔥 Ocaq ətrafında çay və Mafia oyunu
🎬 Açıq havada film seyri
🛡️ Təhlükəsiz kamp ərazisi və gecə mühafizəsi
🤝 Seçilmiş kollektiv
👨🏫 Təcrübəli təşkilatçı dəstəyi
📌 Kamp keyfiyyətini artırmaq üçün tətbiq olunan qaydalar:
🔹 Yaş məhdudiyyəti: 18-40 yaş (13+ yaşlı uşaqlar valideyn və ya himayədarla qatıla bilər)
🔹 Spirtli içkilər qadağandır
🔹 İştirakçılar 4 qrupa bölünür: Çadırçılar • Suçular • Odunçular • Yeməkçilər
🔹 Gün ərzində nizamlı plan-qrafik tətbiq olunur
💰 Görüşlərimiz kommersiya məqsədi ilə təşkil olunmur. Bütün xərclər 20 iştirakçı arasında bölünür. Bu kampda iştirak etmək üçün adama cəmi 80 AZN düşür.
📲 Bizə qoşulmaq üçün şərhdə "+" yazın və ya 070 267 07 28 nömrəsinə müraciət edin.
✨ ilə həyatına rəng qat! 🌍 Yeni yerlər kəşf et! 📸 Unudulmaz xatirələr topla!
22/06/2026
Uzun-uzadı yazmağa gərək yoxdur 😁
Fotolar sizə 1 günə nələri sığışdırdığımızı danışacaq 🫠
bir fərqlilikdir 💙💛
15/06/2026
Doğum gününüz mübarək dostlar 🥳
12 aprel
9 iyun
11 iyun .khadijaa_
15 iyun .saminoglu
03/06/2026
🌿 Bu dəfə istiqamətimiz Lerikin füsunkar təbiətində yerləşən Bibioni şəlaləsidir. Hazırlaşın, yenə möhtəşəm bir gün bizi gözləyir!
💦 Havalar artıq isinib. Şəlalələrin sərin suyunda dincəlmək və təbiətin gözəlliyini yaşamaq üçün əla fürsətdir.
🗓 21 iyun (bazar günü)
🕖 Saat 07:00
📍 Bakıdan sprinterlə yola düşürük.
🚙 Lerikin Hamarmeşə kəndinə çatdıqdan sonra dağ maşınları ilə Bibioni kəndinə hərəkət edəcəyik. Oradan isə şəlaləyə qədər cəmi 1 km-lik rahat və asan piyada yolumuz qalacaq.
🥾 Əslində bir çox səyyahlar yürüşə Hamarmeşədən başlayırlar. Biz isə şəlalədə daha çox vaxt keçirmək üçün dağ maşınlarından istifadə edərək yolu qısaldacağıq.
🌯 Səhər yeməyi üçün öncədən hazırlanmış dürüm, 🍗🥗 Günorta yeməyi üçün toyuq-kartof qızartması, pomidor-xiyar və təndir çörəyi yeyib, şirin sular içəyəyik.🔥 Şəlalə kənarında su qaynadıb çay dəmləyəcək, təbiətin qoynunda gözəl vaxt keçirəcəyik.
🏊 İstəyənlər şəlalənin sərin suyunda çimə də biləcəklər. ⛺ Geyimdəyişmə çadırımız da olacaq.
🤝 Bildiyiniz kimi, görüşlərimiz kommersiya məqsədi daşımır. Bu tədbiri özümüz üçün təşkil edirik və qoşulmaq istəyən dostlarla birlikdə həyata keçiririk.
💰 Adama 50 AZN düşür.
📩 Qatılmaq üçün kommentə “26hiking3” yazın və ya
📞 070 267 07 28 nömrəsinə whatsappdan mesaj göndərin.
🌲 ilə təbiəti gəzin, görün və kəşf edin!
01/06/2026
Yaşılın gözündən bizim kamp 🫠
01/06/2026
Arada daş binaların arasından qaçıb, təbiətə səyahət etmək lazımdır 😁
Bu dəfə məkan gözlədiyimizdən də gözəl idi 🫠
17/05/2026
🎭 Çöldəki hava kimi, içəridə də hava qırğın-qiyamət idi 😁
Saatlarla oynasaq da doymadığımız Mafia oyunu bu dəfə də bizi özünə saldı 🥹
Tam 4 saat davam edən görüşün nə zaman bitdiyini heç anlamadıq 😈
Şübhələr, ittihamlar, gülüşlər və bitməyən müzakirələr arasında limitsiz çay, kofe və şirniyyatdan istifadə etməyi belə unutduq ☕🍪😂
Yenə də bizə gözəl xatirələr və növbəti oyunu səbirsizliklə gözləmə hissi qaldı 🤌