26/07/2026
Hörmətli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları, dəyərli həmkarlar!
Azərbaycan Minifutbol Federasiyası adından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranma günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirik!
Sizə fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər və ölkəmizin gəncləri və idmanının inkişafı naminə həyata keçirdiyiniz işlərdə müvəffəqiyyətlər arzulayırıq!
11/07/2026
Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku”nun püşkatma mərasimi baş tutub.
Mərasimdə turnirdə iştirak edəcək 20 komandanın nümayəndələri iştirak edib. İştirakçılara yarışın əsasnaməsi və təşkilati məsələlər barədə məlumat verildikdən sonra püşkatma keçirilib və qrup mərhələsinin tərkibi müəyyənləşdirilib.
Tədbirin sonunda komanda nümayəndələri turnirin Naxçıvanda minifutbolun inkişafına töhfə verəcəyinə əminliklərini ifadə edib, iştirakçılarla xatirə şəkli çəkdirilib.
02/07/2026
Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə media nümayəndələrini təbrik edirik!
26/06/2026
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü🇦🇿
24/06/2026
🏆 “Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku” uğrunda turnirə qeydiyyat başlanır!
Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyası (NFF)-nin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının I Minifutbol Kuboku” uğrunda turnir keçiriləcəkdir.
📅 Turnirin keçirilmə müddəti: İyul – Sentyabr 2026
⚽ Turnirdə iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün Naxçıvan Futbol Federasiyasına müraciət edə bilərlər.
📌 Turnirin formatı və digər təşkilati məsələlər barədə ətraflı məlumat qeydiyyatdan keçmiş iştirakçılara təqdim olunacaqdır.
📞 Qeydiyyat və ətraflı məlumat üçün:
👤 Sərvin Heydərov
📱 (051) 810-08-82
📱 (060) 210-08-82
Komandaları turnirdə iştirak etməyə və kubok uğrunda mübarizəyə qoşulmağa dəvət edirik.
14/06/2026
15 İyun - Milli Qurtuluş Günü! 🇦🇿