08/06/2026
Bank of Baku Minifutbol Turnirində bombardirlik yarışının lideri dəyişməz qalır!
🔥 Səməd Vurğun komandasının hücumçusu Aydın Gəncəmehr vurduğu 12 qolla bombardirlər siyahısının zirvəsində qərarlaşıb. Rəqib qapılarına ardıcıl yol tapan qolçu, həm komandasının uğurlarında mühüm pay sahibi olub, həm də fərdi göstəriciləri ilə diqqət mərkəzinə çevrilib.
Təşkilatçı : .tv
08/06/2026
🏆 Bank of Baku Minifutbol Turnirində çempionluğa aparan yol!
1/4 final mərhələsi artıq geridə qaldı və turnirdə mübarizəni davam etdirən son 4 komanda müəyyənləşdi. Artıq hər oyun final qədər önəmlidir, çünki komandalar böyük finala cəmi bir addım uzaqlıqdadır.
⚽ Çempionluq uğrunda mübarizəni davam etdirən 4 komandanın finala gedən yol xəritəsini sizə təqdim edirik.
🔥 Kim zirvəyə yüksələcək, kim kuboku başı üzərinə qaldıracaq? Bu sualın cavabını qarşıdakı möhtəşəm yarımfinal qarşılaşmaları verəcək!
🏆 Böyük hədəf – ÇEMPİONLUQ!
Təşkilatçı .tv
08/06/2026
⚽️ Bank of Baku daxili minifutbol turnirində yarımfinalçılar müəyyənləşdi!
Gərgin mübarizə və yüksək həyəcanla yadda qalan 1/4 final qarşılaşmaları azarkeşlərə unudulmaz anlar yaşatdı. Dörd oyundan üçünün qalibini penalti zərbələri seriyası müəyyənləşdirdi, bu da komandalar arasında mübarizənin nə qədər bərabər və dramatik keçdiyini bir daha göstərdi.
İndi isə bütün diqqətlər yarımfinal mərhələsinə yönəlib. Azarkeşləri daha da möhtəşəm və prinsipial qarşılaşmalar gözləyir!
🏆 Turnirin təşkilatçısı: .tv
02/06/2026
🏆 Bank of Baku Minifutbol Turnirində həlledici mərhələ başlayır!
Qrup mərhələsinin başa çatmasının ardından turnirin final mərhələsinə vəsiqə qazanan 8 komanda çempionluq uğrunda mübarizəyə start verir.
Gərgin mübarizə, emosional anlar və möhtəşəm qarşılaşmaların şahidi olacağımız final mərhələsində komandalar Bank of Baku Minifutbol Turnirinin çempionu olmaq üçün bütün güclərini ortaya qoyacaqlar.
⚽ Çempionluq yolunda mübarizə aparacaq 8 komandaya uğurlar arzulayırıq!
31/05/2026
⚽️🏆 Bank of Baku Minifutbol Turnirində bombardirlik yarışının lideri dəyişməz qalır!
🔥 Səməd Vurğun komandasının hücumçusu Aydın Gəncəmehr vurduğu 12 qolla bombardirlər siyahısının zirvəsində qərarlaşıb. Rəqib qapılarına ardıcıl yol tapan qolçu, həm komandasının uğurlarında mühüm pay sahibi olub, həm də fərdi göstəriciləri ilə diqqət mərkəzinə çevrilib.
31/05/2026
🏆 Bank of Baku Minifutbol Turnirində çempionluğa aparan yol artıq müəyyənləşdi!
Qrup mərhələsinin başa çatmasının ardından final mərhələsində mübarizə aparacaq 8 komanda bəlli olub. Artıq komandaları daha gərgin və həyəcanlı pley-off qarşılaşmaları gözləyir.
⚽ Çempionluq uğrunda mübarizəyə qoşulan 8 komandanın final mərhələsinə gedən yol xəritəsi məhz belədir.
🔥 Hansı komanda kuboku başı üzərinə qaldıracaq? Bunu qarşıdakı oyunlar göstərəcək!
31/05/2026
🏆 Bank of Baku Daxili Minifutbol Turnirində qrup mərhələsi başa çatdı!
Gərgin və maraqlı mübarizə şəraitində keçən qrup oyunlarının ardından turnirdə son vəziyyət müəyyənləşdi. Komandaların qruplardakı yekun sıralaması formalaşdı və bununla da final mərhələsinə vəsiqə qazanan komandalar bəlli oldu.
Artıq bütün diqqətlər pley-off qarşılaşmalarına yönəlib. Komandalar çempionluq uğrunda mübarizəni davam etdirəcək, azarkeşləri isə daha həyəcanlı və prinsipial oyunlar gözləyir.
⚽️ Final mərhələsində iştirak edəcək bütün komandalara uğurlar arzulayırıq! 🔥🏆
14/05/2026
Azersun Holding daxili minifutbol turnirində 1/4 final oyunları başa çatdı. Yarımfinal mərhələsinə yüksələn komanda üzvləri öz fikirlərini bizimlə bölüşdülər ⚽🎤
az
04/05/2026
⚽️ Bank of Baku minifutbol turnirinin dördüncü turundan sonra A və B qruplarında yaranan son vəziyyəti sizlərə təqdim edirik!
Təşkilatçı : .tv
04/05/2026
⚽️ Bank of Baku daxili minifutbol turnirinin dördüncü turun nəticələrini sizlərə təqdim edirik!
🏆 Turnirin təşkilatçısı: Fire League