Atıcılıqda ən böyük rəqib qarşında deyil, daxilindədir.💪
Kənardan baxanda hər şey sadə görünür: duruş, nişan alma və atəş. Amma hədəflə arandakı məsafəni müəyyən edən təkcə texnika deyil, zehninin nə qədər sakit qalmağı bacarmasıdır.
🫁 Nəfəsini idarə etməlisən.
🧠 Fikirlərini susdurmalısan.
🎯 Diqqətini yalnız hədəfdə saxlamalısan.
Bir uğursuz atışın yükünü növbəti atışa daşısan, hədəfi deyil, özünü məğlub edəcəksən. Buna görə də hər atış yeni başlanğıcdır, hər hədəf isə özün üzərində növbəti qələbə.
Azerbaijan Shooting Federation
Azərbaycan Atıcılıq Fedrasiyasının rəsmi Facebook səhifəsi
18/06/2026
Güllə atıcılığı idman növü üzrə gənclər arasında Ölkə Birinciliyi 📸
15/06/2026
15 İyun - Milli Qurtuluş Günü 🇦🇿
11/06/2026
11/06/2026
Another chapter done. 🏆🎯
09/06/2026
Stend atıcılığı üzrə Ölkə Kuboku 2026
Mükafatlandırma nərasimi
09/06/2026
Səngər stendi – Ümumi kateqoriya
1-ci yer – Ramil Rüstəmzadə
2-ci yer – Mürtəza Novruzlu
3-cü yer – Tamerlan Məmmədov
Səngər stendi – U-21
1-ci yer – Mürtəza Novruzlu
2-ci yer – Cəlal Məmmədov
3-cü yer – Nərmin Cəfərova
08/06/2026
Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Stend Atıcılığı üzrə Ölkə Kuboku 2026 uğurla yekunlaşıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib.
Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Yarışlar ərzində iştirakçılar yüksək texniki hazırlıq, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək tamaşaçılara maraqlı və gərgin mübarizə təqdim ediblər.
Ölkə Kuboku həm təcrübəli idmançıların ustalıq səviyyəsinin qiymətləndirilməsi, həm də gənc atıcıların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışların yekununda qaliblər və mükafatçılar aşağıdakı kimi müəyyənləşib:
🏆Dairəvi stend – Ümumi kateqoriya
1-ci yer – Riqina Meftaxetdinova
2-ci yer – Niyaz Ağazadə
3-cü yer – Fuad Qurbanov
🏆Dairəvi stend – U-21
1-ci yer – Məhəmməd Teyublu
2-ci yer – İslam Əjdərov
3-cü yer – Aslan Qurbanov
07/06/2026
Stend Atıcılığı üzrə Ölkə Kuboku🏆
06/06/2026
Bakı Atıcılıq Mərkəzində Güllə atıcılığı üzrə Azərbaycan Birinciliyi keçirilir!🏆
Azərbaycanın müxtəlif bölgələrindən olan idmançılar Ölkə Birinciliyində bir araya gələrək medallar və yüksək nəticələr uğrunda mübarizə aparırlar. Yarış idmançıların hazırlıq səviyyəsini, peşəkarlığını və dəqiqliyini nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün iştirakçılara uğurlar arzulayırıq! 🇦🇿
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Baku